Məhkəmə qərarları › İş №8(011)-31/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-31/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-31/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, X1 iştirakı ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(011)-3172/2023 saylı qətnaməsinin ayda 50 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(011)-3172/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 2554 manat məbləğin iddiaçənn xeyrinə tutulması qət edilmişdir. Həmin məbləğdən 1000 manat bir dəfəyə olmaqla cəmin borcundan 1100 manat ödəniş etmiş. Hazırda qalıq qalan məbləği bir dəfəlik ödəmək imkanı yoxdur. Belə ki, maddi vəziyyəti ağırdır, himayəsində 3 azyaşlı övladı və yaşlı valideynləri var. Həyat yoldaşı həbsdədir, evin bütün yükü onun üzərindədir. Həmçinin heç bir yerdə işləmir və rəsmi olaraq işsiz kimi Məşğulluq idarəsində işsiz kimi qeydiyyatdadır. Bundan başqa yoldaşının həbsindən sonra əsəb stresslə bağlı problemləri yaranmışdır. Bu səbəbdən həmin məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. X2 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş edərək bildirdi ki, borclunun maddi imkanı zəifdir, işləmir, himayəsində üç azyaşlı uşaq var, ümumi borcdan ayda əlli manat ödəyə bilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkara ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3172/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 2554 manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 48 manat pul tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. Bakı şəhər Xətai Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, X2na tələbin 10 gün müddətində könüllü olaraq icrası təklif olunmuşdur. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar