Məhkəmə qərarları › İş №8(011)-315/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-315/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-315/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovborclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-456/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 27 dekabr 2011-ci il təvəllüdlü X4, 22 aprel 2015-ci il təvəllüdlü X2 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün 31 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılmış, borcluya qərarın və bildirişin surəti göndərilmiş, lakin Borclu tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində könüllü təmin etməmişdir. İcra tədbirləri zamanı borcluya məxsus tələbi yönəldə biləcəyi daşınar, daşınmaz əmlak növləri və gəlir yeri aşkar olunmamışdır. “Elektron icra” informasiya sistemində Borclu iş yeri qeyd olunsa da, faktiki olaraq borclu işləmir. Borclu icra sənədinin tələbini təmin etməmiş və hazırda borc 5320 manat təşkil edir. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-456/2024-017 nömrəli, 31 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 27 dekabr 2011-ci il təvəllüdlü X4, 22 aprel 2015-ci il təvəllüdlü X2 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün 31 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin icraata başlamaq haqqında 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş -2(011)-456/2024-017 nömrəli, 31 yanvar 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu tələbi könüllü icra etmək üçün 10 gün müddət verilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-456/2024-017 nömrəli, 31 yanvar 2024-cü il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-456/2024-017 nömrəli, 31 yanvar 2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar