Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-320/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1160/2018 saylı, 29 mart 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1160/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli, məhkəmə xərcləri 10 manat Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən – ünvan 1 ünvanına göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Sözügedən icra sənədi üzrə Borclu hazırkı tarixə 12474 manat məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1160/2018 saylı, 29 mart 2018-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli, məhkəmə xərcləri 10 manat Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 10 mart 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti 10 mart 2021-ci il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 11 avqust 2021-ci il tarixli və 03 sentyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1160/2018 saylı, 29 mart 2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-320/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-320/2025
02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver