Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-328/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5579/2021-006 nömrəli, 28.07.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 3694 manat borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 16.09.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hazırda icra sənədi üzrə borc 3694 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3cü maddəsinə əsasən, həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar 19.11.2021-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimata uyğun izahat verərək, məcburi gətirilmə barədə təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova tərəfindən 16.09.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, Borclu yaşadığı ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilərək icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün ona 10 gün müddətində vaxt verildiyi bildirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Kəmalə Həsənova tərəfindən 01.04.2021-ci il tarixində borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, borclu icra məmurunun çağırışlarına baxmayaraq, icra vərəqəsi üzrə öhdəliyinin icrasından yayınaraq icra şöbəsinə getməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən yayındığından onun barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1983-cü il təvəllüdlü Borclu Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-328/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-328/2022
29.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver