Məhkəmə qərarları › İş №8(011)-332/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-332/2023

15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-332/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Tələbkar, X1 iştirakı ilə X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(103)-6379/2022-005 saylı Qətnaməsinə əsasən iddiaçı Tələbkar odlunun iddiası qismən təmin edilmiş, borcludan 58305 manat pulun alınaraq Tələbkar ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhəkəməsinin xx.xx.2022-cü il tarixli ,2{103)-6379/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Xətəi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə icra işi başlanılmışdır. Borcluya 10 gün müddətində könüllü icranı təmin etmək təklif olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Maddi imkanı 58305 manat pulu birdəfəyə ödəmək üçün yetərli deyildir. Müxtəlif xəstəliklərdən əziyyət çəkir və yaşıyla əlaqədar olaraq işləmək imkanı olduqca məhduddur. Borclu hər ay Tələbkar 200 manat pul ödəyə bilər. Borlu məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında ərizəyə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin İ hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, X2ndan 58305 manat pulun alınaraq Tələbkar ödənilməsi ilə bağlı qətnamənin hissə-hissə icra olunması Tələbkar hüquq və mənafelərininin, nəticədə məhkəmə müdafiəsi hüququnun əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə hesab edir ki, X1 icra sənədinin hissə-hissə icrası ilə bağlı ərizəsi təmin edilməsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar