Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-335/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3308/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İcra məmuru Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3308/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin hansı qaydada icra olunmasına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 3308/2020-011 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2010-cu il təvəllüdlü X1 Rüstəm Mübariz oğlundan alınaraq Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqqında bildiriş göndərilmişdir. İcra tədbirləri zamanı Borclunun ölkə hüdudlarından kənarda olduğu və xx.xx.2010-cu il təvəllüdlü X3 nənəsinin yanında qaldığı müəyyən edilmişdir. İcra sənədində Borclu olduğundan və icra sənədi üzrə onun hər hansı qohumunun borclu tərəf kimi olmadığından icra sənədinin icra edilməsi çətinlik yaradır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3308/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu ilə Tələbkar arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində 1657 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 Borclu alınaraq Tələbkar verilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2 Tələbkar yanında saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanımaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, onun izah edilməsinə zərurət yoxdur. Belə ki, qətnamənin nəticə hissəsində tərəflərin birgə nikahlarından doğulmuş Ümid Nədirzadənin yaşayış yerinin anasının – iddiaçının yanında qalması müəyyən edilmiş və icra vərəqəsində də qətnamənin uşaqların yaşayış yeri ilə bağlı hissəsi, yəni 0.06.2010-cu il təvəllüdlü X3 atasından alınaraq anasına verilməsi dəqiq göstərilməklə icra şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, qətnaməyə Ümid Nədirzadənin nənəsindən alınaraq analarına (iddiaçıya) verilməsi kimi izah verilməsi qətnamənin nəticəsinin dəyişdirilməsinə və mahiyyətcə yeni qətnamənin çıxarılmasına səbəb olmuş olar. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qətnamənin izahı üçün iki şərt tələb olunur: izah verilməli olan qətnamə - 1) apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməməli; 2) verilmiş izah qətnamənin məzmununu dəyişdirməməlidir. Göstərilənlərdən əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun ən vacib elemntlərindən biridir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun hazırda xarici ölkədə olması ilə uşağın digər bir qohumunun yanında qalması, yaxud onun qətnaməsinin icrasına süni maneələr yaratması qətnamənin icrasını dayandıra bilməz. Əksinə bu hallar baş verdikdə qətnamənin icrasına mane olan istənilən şəxs barəsində icra məmuru qanunvericliklə müəyyən edilmiş tədbirlər görməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3308/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin izah olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-335/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-335/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver