Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-338/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Tələbkar (ərizəçi) Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiya edilməsi” barədə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 2010-cu il təvəllüdlü X5, 04 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 246 manat sabit pul məbləğinin 492 manat məbləğində alimentin Tələbkar xeyrinə tutulmalıdır. Bu məbləğ uşaqların təhsil və dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar (ərizəçi) Tələbkar ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu alimentin indeksasiya edilməsinə etiraz etməmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdirlər. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatlarını dinləyib, ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Borclu qarşı “nikahın pozulması və s.” barədə tələbinə dair iddiası təmin edilmiş, Borclu ilə X6 arasında xx.xx.2009- cu il tarixdə 427 saylı aktla Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları X1 himayəsində saxlanılması, Borclu xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021ci il tarixdən hesablanmaqla hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin maddənin mənasına görə mülki-prosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamə əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmiş və Ali Məhkəmə tərəfindən məhkəmələrə tövsiyyə edilmişdir ki: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, Tələbkar ilə Borclu rəsmi nikahlarından 24 avqust 2010-cu il tarixdə X5 və 04 iyun 2014-cü il tarixdə X7 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə X6 arasında xx.xx.2009- cu il tarixdə 427 saylı aktla Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları X1 himayəsində saxlanılması, Borclu xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 sentyabr 2019-cu il tarixindən 250 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 175 manat məbləğində aliment, həmin il üçün müəyyən edilmiş minumum əmək haqqının 0,70 misli həddində olduğundan, ərizə təmin edilməli, Borclu 24 avqust 2010-cu il təvəllüdlü X2 və 04 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar (ərizəçi) Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3402/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsi təmin edilsin. 24 avqust 2010-cu il təvəllüdlü X2 və 04 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-338/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-338/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver