Məhkəmə qərarları › İş №8(011)-346/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-346/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-346/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2024 saylı, 31 may 2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovtəqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 12 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasının təmin tədbiri olaraq Xətai Rayon Məhkəməsinin 8(011)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə icra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2024 saylı, 31 may 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli icra sənədindən görünür ki, 12 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 sentyabr 2019cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-411/2024 saylı, 31 may 2024-cü il tarixli qərardadının surətindən müəyyən edilir ki, Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar Xətai rayon İcra şöbəsinə ünvanladığı 18 fevral 2025-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli icra sənədində qeyd olunan tələb tam icra olunduğundan tələbkarın heç bir şikayət və tələbi yoxdur.. Bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 24 fevral 2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, iş materialından və təqdimatdan məlum olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə borc məbləği borclu tərəfindən tam şəkildə icra edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019-009 nömrəli, 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə Borclu məxsus olan “Hyundai HD65” yük markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar