Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-351/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1 nümayəndəsi və vəkili X3, Tələbkar Maraqlı şəxs iştirakları ilə, X1 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 168/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə çəkilmiş təmir xərclərinə görə 36813 manat pul vəsaiti və 29 manat dövlət rüsumunun, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə vurulmuş maddi ziyana görə 18517.20 manat və dövlət rüsumunun əvəzi olaraq 103.83 manat tutulacaq məbləğ üzrə qətnamənin icra üsulunun dəyişdirilməsi, həmin məbləğlərin əvəzləşdirilməsi və yerdə qalan 18221 manatın X4 alınaraq Maraqlı şəxs ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 168/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh olaraq X4 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilə iddiaçı Maraqlı şəxs tərəfindən çəkilmiş təmir xərclərinə görə 36813 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi 29 manat iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X5 cavabdeh Maraqlı şəxs qarşı iddia tələbi qismən təmin edilərək, Maraqlı şəxs 18517.20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 103.83 manat alınaraq X6 ödənilməsi qət edilmişdir. Hazırda Xətai Rayon Məhkəməsinin 2(011)-168/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi icra olunması üçün Tovuz rayon İcra və Probasiya qrumuna göndərilmiş və icra davam etdirilir. X6 məxsus torpaq sahəsinin hərraca çıxarılması prosesi başlanmışdır. Hazırda Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin icra prosesinə başlanılmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi X8 borclu olaraq, tələbkar Maraqlı şəxs 36813 manat və dövlət rüsumunun əvəzi 29 manat ödəməlidir, Maraqlı şəxs oğli isə borclu olaraq, X8 tələbkar kimi 18517.20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 103.83 manat ödənilməlidir. Maraqlı şəxs borcun əvəzləşdirilməsindən qəti olaraq imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, eyni tələblə bağlı Nizami Rayon Məhkəməsinə müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə məhkəmənin birinci iclası keçirilmiş, işə baxılması 03 iyul 2023-cü il tarixə, saat 10:20-ə təxirə salınmış, həm Tovuz rayonundan, həm də Xətai rayonundan icra sənədləri tələb edilmişdir. Bu səbəbdən, nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Maraqlı şəxs ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 8(007)-214/2023 saylı 22 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(011)- 168/2020 saylıxx.xx.2020-ci il tarixli qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X5 ərizəsinə açıq məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 10:20-ə təyin edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, eyni məzmunlu ərizəyə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıldığından, hazırda X1 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: X1 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-351/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-351/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver