Məhkəmə qərarları › İş №8(011)-352/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-352/2023

21.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-352/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Borclu iştirakı ilə, İddiaçı X4 cavabdeh Borclu qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)-5871/2021 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)-5871/2021 saylı qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5871/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməli və torpaq sahəsi Borclu tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədinin icraasını təmin etmək üçün ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq əraziyə gedilmiş, əraziyə baxış keçirilmiş. 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin sökülməsi dedikdə konkret olaraq sökülmə isləri harda aparılmalıdır? Bununla yanaşı mübahisəli ərazidə bir yox bir neçə tikililər və yarımtikililər olduğunu nəzərə alaraq söküntü işlərinin harda aparılması qeyri-müəyyən olaraq qalmışdır. Bu kimi halları nəzərə alib icra vərəqələrində qeyd 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda gösterilməyən qanunsuz tikililər dedikdə konkret olaraq hansı ərazi nəzərdə tutulmuşdur? Məhkəmə iclasında iştirak edən borclu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, iddiaçı Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər cavabdeh Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və torpaq sahəsi cavabdeh Borclu tərəfindən boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1042/2022 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2826/2022 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1042/2022 nömrəli iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)-5871/2021 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər X9, X14, X15 və X16 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılması qadağan edilsin və aparılmış qanunsuz tikililər cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməsi, ilk iddia üzrə cavabdehlər X1, X5, X6 və X7 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub ilk iddia üzrə iddiaçı X8 verilməsi, X3 cavabdeh X8 qarşı Bakı şəhəri, E.Süleymanov küçəsi, 1 saylı evin və evin ətrafında olan torpaq sahəsinin 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin istifadəsində olması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 17039 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, ünvan 3 ünvanda yerləşən, Tələbkar adına tərtib olunmuş 13.06,2017-ci il tarixli texniki pasportda qeyd olunan torpaq sahəsində bir mərtəbəli, 3 otaqlı, «A» literli, bir mərtəbəli, 2 otaqlı «B» literli yaşayış evlərinin, «İV» literli təsərrfuat tikilisinin mövcud olduğu, texniki pasport üzrə «Q» və «D» literli yardımçı (köməkçi) tikililərin söküldüyü, həyətyanı sahədə, texniki pasportda öz əksini tapmamış, yarımçıq vəziyyətdə və tikintisi tam başa çatmış fərdi yaşayış evlərinin inşa olunduğu, eləcə də evin həyətyanı sahəsinin faktiki olaraq qeyri-bərabər hissələrə bölündüyü və bölünmüş sahələrin oradakı evlərlə birlikdə müxtəlif şəxslərin istifadəsində olduğu, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin əksər hissəsinin müxtəlif şəxslərin istifadəsində olduğunu və həmin hissələrə daxil olub baxış keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, texniki pasportda öz əksini tapmayan tikililərin təyinatının, ölçüsünün, tikinti norma və qaydalarına uyğun inşa olunub-olunmamasının, eləcə də həmin tikililərin, texniki pasportda qeyd olunan tikililərə zərər vurmadan, sökülməsinin mümkün olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması, Tələbkar adına tərtib edilmiş 13,06.2017-ci il tarixli texniki pasportun göstəriciləri ilə X10 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəriciləri müqayisə olunarkən, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçülərinin, yerləşməsinin bir-birinə uyğun olduğu, lakin, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, Tələbkar adına 1992-ci ili aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərinin X10 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərindən fərqli olduğu, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçüləri, yerləşməsi və digər texniki parametrlərinin bir-birinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6156/2019 nömrəli 31 may 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7671/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya şikayəti vermiş üçüncü şəxs Borclu apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsindəki tikililər cavabdehlərə deyil, ona məxsusdur. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iclas protokolunda iddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh olan onun keçmiş həyat yoldaşı sələmə pul alıb, pulu qaytara bilmədiyinə görə pul əvəzinə torpağı hazırkı iş üzrə üçüncü şəxs Borclu verib, həmin torpaq sahəsində ona məxsus tikililər və darvazanın hamısını üçüncü şəxs Borclu söküb. Azərbaycan Respublikası MPMnin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin əsl olmayan cavabdehlərə qarşı verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, sökülməsi tələb olunan tikililərin apellyasiya şikayəti vermiş Borclu aid olub-olmamasını araşdırmamış, bununla da ilkin iddia tələbinin təmin edilibedilməməsi ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Borclu apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi X4 verdiyi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia tələbləri rədd edilmiş, iddiaçı X8 Borclu qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin Qətnamədə qeyd edilmişdir ki, apelyasiya baxışı zamanı müəyəyn olunmuşdur ki, iddiaçı X2 iddia ərizəsində göstərdiyi ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikinti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Borclu tərəfindən aparılmışdır. Bu halı üçüncü şəxs Borclu birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsi birbaşa Borclu hüquqlarına toxunmasına baxmayaraq, eləcə də Borclu ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq iddiaçı Borclu iddia ərizəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Borclu üçüncü şəxs kimi cəlb etməklə kifayəntlənmiş, onu əsl cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyyəti üzrə baxmaqla pozuntuya yol vermişdir. Həmin prosessual pozuntunun apelyasiya icraatı zamanı mümkün qədər aradan qaldırılması üçün Borclu cavabdeh qismində cəlb edilib işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır...Kollegiya bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, əsl cavabdehi cəlb etməklə işə baxılması işin faktiki hallarının müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Yəni, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırlması və müəyyən edilməsi üçün əsl cavabdehlərin işin baxılmasına cəlb edilməsi zəruri olsa da, bunu etməmişdir. Kollegiya yuxarıd qeyd olunanlara əsasən belə yükün hüquqi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməməklə, bununla bağlı iddiaçının fikrini öyrənmədən, hüquqlarına toxunan şəxsi cavabdeh qismində işdə iştirak etməyə cəlb etmədən işə baxmaqla hüququnun tətbiqində səhv buraxmış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia hissəsinndə ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3263/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli hesabat cədvəlindən görünür ki, X19 məxsus ünvan 4 ünvanında yerləşən tikili 2009-cu ildə tikilmişdir, hündürlüyü 11.0 m, tikinti altı sahə 109.19 m2, tikintinin həcmi 1125.49 m3 , təyinatı yaşayış evi olaraq 3 mərtəbədən ibarətdir. İş materiallarında olan "xxxx" MMC-nin memarlıq və planlaşdırma həllindən görünür ki, X17 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış evi 3 otaqdan ibarətdir. Həmin ünvan üzrə X23 “Azəriqaz” İB və "xxxx" ASC arasında müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli qərardan çıxarışdan görünür ki, E.Süleymanov küçəsində alqı-satqı yolu ilə (cizgidə göstərilən) 600 (altı yüz ) kv.m torpaq sahəsi vətəndaş X12 adına sənədləşdirilməsi, Əhmədli Bələdiyyəsi ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş İ.C.Qasımova təhvil verilməsinin təmin edilməsi və tikintinin layihə-smeta sənədləri LC.Qasımovun hesabına hazırlanması və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilməsi, Bələdiyyə vergi müfəttişliyi torpağın kadastr qiymətimn, yəni hər 1 kv.m üçün 10.00 (on manat) olmaqla 600 x 10.00 = 6000 (altı min) manat vəsaitin Bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-150/2018 saylı qərarından görünür ki, iddiaçı Tələbkar cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinə qarşı xx.xx.2008-ci il tarixli 034 saylı qərarın ləğv edilməsi barədə iddiası rədd edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1163/2006 saylı qətnaməsindən görünür ki, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi ərizəçi X13 Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi E.Süleymanov küçəsi 2 saylı özbaşına tikilmiş evə qeydiyyata almaqdan imtinası əsassız hesab edilərək onun evə qeydiyyata salınması qət edilmişdir. X12 Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi E.Süleymanov küçəsi 2 saylı özbaşına tikilmiş evə qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin vəzifəli şəxsinin üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(011)- 5871/2021 saylı qərardadı ilə cavabdeh Borclu Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-8354/2022 saylı qərardadı ilə cavabdeh Borclu şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(011)- 5871/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ayrıayrı şəxslərin-X23, X24, X26, X18, Əliyev Akif, X20, X9, Borclu istifadəsində olan torpaq sahələrinə ayrılmış Həmin torpaq sahələrinin üzərində qeyd edilən şəxslərin ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evləri və Borclu yarımtikili inşa edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki üzrə aparılan məhkəmə prosesinin hər hansı bir mərhələsində ünvan 6 ünvanında yerləşən tikililərin üçüncü şəxslərə məxsus olduğuna dair məhkəməyə nə iddiaçı, nə də cavabdeh tərəfindən hər hansı bir dəlil təqdim edilməmişdir. Əksinə, cavabdeh iddiaya etirazını, daha sonra apelyasiya və kassasiya şikayətini ünvan 6 saylı evə dair iddiaçının adına verilmiş 11/458 invertar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun olmadığına istinad etmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(011)- 80/2019 nömrəli Qətnaməsindən apelyasiya şikayətini verdiyi zaman, şikayətdə mübahisəli ünvanda yerləşən 1,8 sot torpaq sahəsinin uzun müddətdir ki, Borclu faktiki sahibliyində olduğuna, həmin torpaq sahəsində tikinti işlərinin apardığını, mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən tikililərin özünə məxsus olduğunu göstərmişdir. Lakin icra məmurunun vəsatəti əsasında həyata keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh ünvan 6 ünvanında ayrı-ayrı şəxslərə məxsus fərdi yaşayış evləri inşa edilmişdir. Məhkəmə iddiaçı X4 cavabdeh Borclu qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Borclu cavabdeh qismində cəlb edildiyini, məhkəmə prosesi zamanı ona məxsus tikililərin sökülməsi məsələsi araşdırıldığını, eyni zamanda məhkəmə qətnaməsi ilə Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin sökülməsi öhdəliyinin cavabdeh Borclu üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən Borclu tərəfindən inşa edilmiş və ona məxsus qanunsuz tikililərin sonuncun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi kimi başa düşülməsi” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı qətnaməsinə - Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən Borclu tərəfindən inşa edilmiş və ona məxsus qanunsuz tikililərin sonuncun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar