Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-355/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə X1 ərizəsinə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərmişdir ki, iddiaçı X3 cavabdeh X5 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış və məhkəmənin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş, həmin mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh X4 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinə göndərilmiş, lakin qətnamənin qət etdi hissəsində cavabdehin hansı ünvandan qeydiyyatdan çıxarılması məsələsi qeyd olunmadığından qətnamə icra edilmədən geri qaytarılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməmiş, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh X4 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-55/2-17638 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qərar hissəsində adları qeyd olunan şəxslərin hansı ünvanda qeydiyyatdan çıxarılması qeyd olunmadığından, qərarın icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi cavabdehin qeydiyyatdan çıxarılması hissəsində icraya yönəldiyindən, qətnamənin nəticə hissəsində cavabdehin qeydiyyatda olduğu ünvan göstərilmədiyindən və həmin qətnamənin icrasında çətinliklər yarandığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh X4 müvafiq dövlət orqanı tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-355/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-355/2023
19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver