Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-355/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 769/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Elmar qızından 12000 manat pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu Elmar qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu bugünədək heç bir ödəniş etməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına müəyyən olunmuşdur ki, Borclu Elmar qızına məxsus olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi onun əmlakının üzərinə həbs qoymaq və əmlakını satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimatda Borclu Elmar qızına məxsus olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Elmar qızından 12000 manat pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar və icra sənədinin surəti xx.xx.2022-ci il tarixdə Borclu Elmar qızına göndərilmiş, xx.xx.2023-cü il tarixdə Borclu Elmar qızı həmin qərarla tanış olmuşdur. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu Elmar qızının mülkiyyətində “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu Elmar qızının mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu Elmar qızının mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-355/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-355/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver