Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-361/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1237/2022-013 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli təqdimatla məhkəməyə müraciət edərək, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-1237/2022-013 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 000277/2020 və 000276/2020 saylı kredit müqavilələri ləğv edilməlidir, 08 noyabr 2020-ci il tarixli 000277/2020 və 000276/2020 saylı müqavilələrə görə 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş borc, 120 (yüz iyirmi) manat cərimə borcu və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1484 (min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilməlidir, icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir, borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır, bu günədək icra sənədi üzrə tələb təmin edilməmişdir, məcburi gətirilmə barədə qərar xx.xx.2022-ci il tarixdə icra şöbəsi tərəfindən qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1237/2022-013 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 000277/2020 və 000276/2020 saylı kredit müqavilələri ləğv edilməlidir, 08 noyabr 2020-ci il tarixli 000277/2020 və 000276/2020 saylı müqavilələrə görə 1296 (min iki yüz doxsan altı) manat ödənilməmiş borc, 120 (yüz iyirmi) manat cərimə borcu və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1484 (min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, qərarın Xətai Rayon Məhkəməsinə və borclunun qeydiyyat ünvanına göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarlarının icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, təqdimat əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1237/2022-013 nömrəli xx.xx.2022ci il tarixli icra sənədinə əsasən borclu - Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-361/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-361/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver