Məhkəmə qərarları › İş №8(011)-361/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-361/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-361/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin nəzərə alınaraq, Xətai Rayon Məhkəməsinin e-2(011)-71/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya olunması və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin e-2(011)-71/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu ilə X4 arasında xx.xx.2018-ci il tarixdə Səadət Sarayında 726 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək hər ay 50 manat məbləğində alimentin Borclu tutularaq X3 verilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Suraxanı rayon icra Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2023-cü ilin yanvar ayından ailə münasibətləri bitmişdir və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aliment təyin olunmuşdur. Aliment təyin edildikdən sonra tutulma borclunun iş yerinə yönləndirildiyindən o, alimenti hər ay ödəmişdir. Hazırda isə məhkəmədən alimentin indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında bildirmişdir ki, valideynləri onun himayəsindədir, aliment təyin olunduğu ildən indiyədək onun əmək haqqısında artım olmayıb. Tələbkarın məvacibinin borclunun məvacibindən çox olduğu qeyd edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Borclu ilə X4 arasında xx.xx.2018-ci il tarixdə Səadət Sarayında 726 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək hər ay 50 (əlli) manat məbləğində alimentin Borclu tutularaq X3 verilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 71/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Borclu ilə X4 arasında xx.xx.2018-ci il tarixdə Səadət Sarayında 726 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək hər ay 50 (əlli) manat məbləğində alimentin Borclu tutularaq X3 verilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Borclu tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamə çıxarılan zaman ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə borcludan sabit pul məbləğində tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0.58 mislini (200/345=0.********.58) təşkil edir. Odur ki, uşaqların saxlanılması üçün tutulan aliment məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. 08 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar