Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-371/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənovanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-558/2022 saylı qərardadı ilə torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-655/2022-019 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 8(011)-558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Qəbələ rayonu Mızılqova kəndində yerləşən ümumi sahəsi 0,1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Borclu ölmüş elan edilmişdir. Həmçinin Tələbkar xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən icra sənədi üzrə tələb olunan aliment borcu ödənilmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan Qəbələ rayonu Mızılqova kəndində yerləşən ümumi sahəsi 0,1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, Borclu rəhmətə getdiyindən, onun övladı qanun üzrə vərəsə olduğundan təqdimatın təmin edilməsini xahiş edir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-558/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Qəbələ rayonu Mızılqova kəndində yerləşən ümumi sahəsi 0,1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 655/2022-019 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Qəbələ rayonu, Mıxılqovaq kəndində yerləşən ümumi sahəsi 0.1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-655/2022-019 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan Qəbələ rayonu, Mıxılqovaq kəndində yerləşən ümumi sahəsi 0.1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Qəbələ rayonu, Mıxılqovaq kəndində yerləşən ümumi sahəsi 0.1459 ha olan əkin üçün ayrılmış torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-371/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-371/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver