Məhkəmə qərarları › İş №8(011)-372/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-372/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-372/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1458/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 vurulmuş zərərə görə 1.240 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 1.270,40 manat alınaraq iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-160/2022 saylı, 29 mart 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbin icrası ilə bağlı icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan sözügedən icra sənədini “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 160/2022 saylı, 29 mart 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən qəbul edilmiş 01 dekabr 2023-cü il tarixli qərara əsasən tələb borclu tərəfindən tam şəkildə təmin edildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1458/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, icra vərəqində göstərilən tələb tam şəkildə icra edildiyindən və icra məmuru tərəfindən də icraata xitam verilməsi barədə qərar qəbul edildiyindən, görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilərək Borclu məxsus “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-160/2022 saylı, 29 mart 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar