Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-372/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Borclu iştirakı ilə, Xətai rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyevanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3491/2024 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru Nağıyeva təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “X1” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3491/2024 saylı icra sənədinə əsasən Borclu 701 manat məbləğində pul vəsaiti və 28 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Xətai rayon İcra Şöbəsinə daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus “X1” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Borclu borcu birdəfəlik ödəmək üçün maddi imkanın olmadığını, lakin hissə-hissə ödəyəcəyini bildirmişdir. Tələbkar "xxxx" MMC ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallırını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3491/2024 saylı icra sənədindən görünür ki, Borclu 701 manat məbləğində pul vəsaiti və 28 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3491/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmiş və ona tələbi könüllü icra üçün müəyyən edilmiş vaxtda üzürsüz səbəbdən icra etmədiyi halda məcburi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Elektron İcra Sisteminin Çıxarışından görünür ki, “X1” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da icra sənədi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Odur ki, təqdimat əsaslı olduğundan təmin edilərək, pul tələbinin borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3491/2024 saylı icra sənədinin icrasını təmin etmək üçün Borclu mülkiyyətində olan “X1” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-372/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-372/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver