Məhkəmə qərarları › İş №8(011)-376/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-376/2024

06.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-376/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - X3 “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-3568/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 533/2024 saylı qətnaməsi qanuni qüvvəsini alanadək 2(011)-147/2017 saylı xx.xx.2017-ci tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-147/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh X1 32322 ABŞ dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı “Bank VTB" ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh X4 məxsus olan ipoteka predmeti mənzilinə yönəldilərək, ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması müəyyənləşdirilmişdir. Həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra, cavabdehlər X12, X8, X9, X15, X5 və X13 tərəfindən 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılması qətnamə ilə müəyyənləşdirilmişdir. Sözügedən qətnamə əsasında icra vərəqəsi verilmiş və icra vərəqəsi əsasında tutma ipoteka predmetinə yönəldilmiş, Seymur Məmmədovun xususi mülkiyyətində olan daşınmaz əmlak açıq hərraca çıxarılmış və yekunda əmlak “Bank VTB" ASC-nin mülkiyyətinə verilmişdir. 16 dekabr 2022-cı il tarixli “Bank VTB" ASC ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili 90900 manata satılmışdır. Alq-satqı müqaviləsi əsasında X16 daşınmaz əmlak üzərindəki hüquqları qeydiyyata alınaraq xx.xx.2022-ci tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətçi X16 mülkiyyətində olan daşınmaz əmlaka köçmək istəyən zaman orada keçmiş mülkiyyətçi və borcluların orada yaşadığının şahidi olmuşdur. Bu səbəbdən 29 sentyabr 2017-ci il tarixli 2(011)-147/2017 saylı icra sənədinin icra edilməsi üçün dəfələrlə Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Bu müraciətlərin və sənədin icrası tələblərindən sonra xx.xx.2023-ü il tarixli xx/xx-162351/20 saylı məktubu ilə X6 icra vərəqəsi üzrə tələbkar olmaması səbəbi ilə mənzilin boşaldılaraq təhvil verilə bilməyəcəyi qeyd olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər X14, X5, X12, X15, X8 və X2 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra onun cavabdeh X10 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması’’ tələbinə dair iddia ərizəsi Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsirin 2(005)-4332/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Daha sonra "Bank VTB (Azərbaycan)" ASC onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin cavabdeh X11 “daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə” bağlanmışdır. Evin ekspertiza tərəfindən qiyməti 90000 manat müəyyən edilmişdir. Halbuki, evin ekspertiza tərəfindən qiymətləndirilməsi xx.xx.2017-ci il tarixdə olmuş və bu günkü günə qədər 6 il vaxt keçmişdir. Onun müraciəti üzrə keçirilmiş "Müstəqil Məhkəmə Ekspertiza" Mərkəzinin xx.xx.2023-cü il tarixli, 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin orta bazar qiyməti 150000 manatdır. “Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə əsassız varlanma məqsədini güdmüşdür. Mübahisələndirilən yaşayış sahəsi real bazar qiymətindən aşağı qiymətə dəyərləndirilmiş və nəticədə mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 3568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər X13, X5, X12, X15, X8 və X9 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və ilkin iddia tələbi üzrə iddiaçı X7 təhvil verilməsi, qarşılıqlı idaia tələbi üzrə iddiaçı X3 cavabdeh X11 qarşı "alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Bununla bağlı hazırda Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-3568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-533/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmişdir. Lakin hazırki vaxtadək həmin qətnamə rəsmi qaydada ona təqdim edilməmişdir. Qətnaməni əldə etdikdən sonra müvafiq qayadada kassasiya şikayəti verəcək. Kassasiya şikayəti üzrə məhkəmə icraatı zamanı onun şikayətinin təmin ediləcəyi təqdirdə onun hüquqlarının bərpa edilmə ehtimalı var. Məhkəmə şikayət ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. İş materialları ilə müəyyən olunur ki, ərizəçi 2(011)-147/2017 saylı xx.xx.2017-ci tarixli icra sənədi üzrə icraatın dayandırılmalı olması əsası ilə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bildirir ki, icra sənədi üzrə icraatı dayandırmaq icra məmurunun səlahiyyətlərinə aiddir. Həmin qərar yalnız icra sənədi üzrə icraatı aparan icra məmuru tərəfindən qəbul edilə bilər. İcra icraatı qaydasında icraatın məcburi dayandırılmasının əsasları isə “İcra haqqında” AR Qanunun 17-ci maddəsində dəqiq müəyyən edilmişdir. Həmin maddəyə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yuxarıda sadalanan qanuni əsaslardan göründüyü kimi, icra sənədi üzrə tərəflərdən biri məhkəməyə deyil, icra sənədinin icra edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi üçün (icra sənədi üzrə icraatın dayandırılması barədə) müvafiq İcra şöbəsinə müraciət etməli, icra məmuru tərəfindən icraatın dayandırılması barədə qərar qəbul edilmədiyi təqdirdə isə icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət verməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə məhkəməyə müraciətin müxtəlif formaları (iddia ərizəsi, ərizə, vəsatət, şikayət, apellyasiya şikayəti və s.) nəzərdə tutulmuşdur. Məhkəməyə ilk dəfə müraciət edən şəxs iddia icraatı qaydasında iddia ərizəsi, xüsusi icraat qaydasında ərzə, məhkəməyə hər hansı məsələ ilə bağlı vəsatət (ərizə), habelə birinci instansiya məhkəməsinin yekun qətnaməsindən apellyasiya şikayəti, iş mahiyyəti üzrə həll edilmədikdə çıxarılan qərardadlardan isə şikayət verə bilər. İddia icraatı qaydasında verilən iddia ərizələrində tərəflər iddiaçı və cavabdeh (MPM-nin 50-ci maddəsi), xüsusi icraat qaydasında verilən ərizələrdə isə tərəflər Amidə Həsənova və maraqlı şəxslər hesab edilirlər. Beləliklə, ərizəçi icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı ərizəsinə məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçi icra sənədi üzr icraatın dayandırılması barədə qərar qəbul edilməsi ilə bağlı icra orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X3 “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar