Məhkəmə qərarları › İş №8(011)-378/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-378/2022

03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-378/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2138/2020 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2138/2020 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2138/2020-012 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəiliov küçəsi, 12 saylı evin 50 saylı mənzilindən çıxarılsın və Tələbkar Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəiliov küçəsi, 12 saylı evin 50 saylı mənzilə köçürülməlidir. İcra zamanı icra sənədi üzrə Borclu tərəfindən Xətai Rayon İcra Şöbəsinə xx.xx.20212022-ci il tarixli razılaşma ərizəsi daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Vüsal Umarov “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayədələrinin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2138/2020 icra vərəqəsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilindən çıxarılmalı, iddiaçı Tələbkar Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilə köçürülməlidir. İş materiallarına əlavə edilmiş Borclu notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Tələbkar məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəiliov küçəsi, 12 saylı evin 50 saylı mənzil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədinin icra olunmasının təmin edilməsi üçün Borclu göstərişi ilə Tələbkar tərəfindən X1. Gələcəkdə həmin mənzillə bağlı Tələbkar qarşı hər hansı iddiası olmayacaq və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallrında olan Tələbkar tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Tələbkar ona məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəiliov küçəsi, 12 saylı evin 50 saylı mənzili Borclu göstərişi ilə X2. Gələcəkdə həmin mənzillə bağlı hər hansı iddiası olmayacaq və iş üzrə icraata xitam verilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icraata xitam verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi tələbkar və borclu icra vərəqəsinin icrası ilə bağlı qarşılıqlı razılığa gələrək barışıq sazişi imzalamışlar və icra məmuru da həmin barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsini xahiş edir. Lakin qeyd edilən barışıq sazişi məhkəməyə təqdim edilməmişdir. Ona görə də mövcud olmayan barışıq sazişinin təsdiq edilə də bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatı təmin edilməməlidir.. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2138/2020 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar