Məhkəmə qərarları › İş №8(011)-379/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-379/2023

06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-379/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Tələbkar iştirakı ilə, X1 adına "xxxx" QSC-nin qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 adına "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1717/2022 nömrəli qətnaməsinin «əmək haqqının gecikdirildiyi hər gün ücün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına ”Aznar” QSC-dən alınaraq Tələbkar odlunun xeyrinə tutulması» hissəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar cavabdehlər Teymur Əhmədov adına "AzNar” QSC-nin “Grante Trading” filialına və Teymur Əhmədov adına “Aznar" QSCnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun işdən azad olunmağı ilə bağlı müvafiq əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa olunması, məcburi iş buraxdığı müddət üçün əmək haqqının tam ödənilməsi və mənəvi zərərə görə 10000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tələbkar sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən onun işdən azad olunması ilə bağlı verilmiş 74 saylı, xx.xx.2021- ci il tarixli əmrin ləğv edilməsi, onun Teymur Əhmədov adına "xxxx" QSC-yə yenidən işə qəbul edilməsi haqqında cavabdeh tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli əmrin və işdən azad edilməsinə dair verilmiş 06 saylı, xx.xx.2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Teymur Əhmədov adına "xxxx" QSC-yə hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona verilməsi, habelə cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində kompensasiyanın müştərək qaydada Teymur Əhmədov adına "xxxx" QSC-dən və Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1717/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Teymur Əhmədov adına “Aznar" QSC tərəfindən Tələbkar işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, Teymur Əhmədov adına “Aznar" QSC-nin Tələbkar işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və Tələbkar xx.xx.2021-ci il tarixdən işə bərpa edilməsinə dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat daxil edilməsi vəzifəsinin Teymur Əhmədov adına "xxxx" QSC-yə həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi içş buraxma müddəti üçün hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021- ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına “Aznar" QSC-dən alınaraq Tələbkar xeyrinə tutulması qət edilmişdir.Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Könüllü icra müddəti ərzində Tələbkar işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli, xx.xx.2021-ci il tarixli əmr və işdən azad edilməsinə dair verilmiş 06 saylı, xx.xx.2022-ci il tarixli əmr barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və Tələbkar xx.xx.2021-ci il tarixdən işə bərpa edilməsina dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən daxil edilmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Tələbkar ödənilmişdir. Lakin qətnamənin «əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adma "xxxx" QSC-dən alınaraq Tələbkar odlunun xeyrinə tutulması» hissəsinin icrası ilə çətinlik yaranmışdır. Belə ki, borclu Tələbkar xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində məcburi iş buraxma müddəti üçün ödənilmiş 9415.12 manat vəsaitin bir faizin hesablanaraq ödənilməsini tələb edir. Lakin qətnamənin nəticəsi hissəsində isə əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına "xxxx" QSC-dən alınaraq Tələbkar xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi qətnamənin nəticəvi hissəsində aydın göstərilməmişdir ki, xx.xx.2021-ci il tarixdən Tələbkar işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün ümumi şəkildə ödənilmiş 9415.12 manatın bir faizi ödənilməlidir və yaxud hər ay üçün ödənilən 991.92 manat əmək haqqının gecikdirildiyi gün üçün bir faiz ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, əmək haqqı aylıq ödənilir və gecikmə növbəti ayın ilk günündən başlayır və bu gündən etibarən həmin gecikmiş əmək haqqıya faiz hesablanmalıdır. Növbəti ayın əmək haqqısı gecikdikdə isə, ondan sonra gələn ayın 1-dən əvvəlki ayın əmək haqqısına ödəniləcək faiz ilə birlikdə birinci ayın faizi də hesablanmalıdır və bu qayda növbəti aylarda eyni olaraq tətbiq olunmaladır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1717/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Teymur Əhmədov adına “Aznar" QSC tərəfindən Tələbkar işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, Teymur Əhmədov adına “Aznar" QSC-nin Tələbkar işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və Tələbkar xx.xx.2021-ci il tarixdən işə bərpa edilməsinə dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat daxil edilməsi vəzifəsinin Teymur Əhmədov adına "xxxx" QSC-yə həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi içş buraxma müddəti üçün hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021- ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına “Aznar" QSC-dən alınaraq Tələbkar xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin hal Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 1717/2022 nömrəli qətnaməsinin 5-ci səhifəsinin 3-cü və 4-cü abzasında abzasında da qeyd edilmişdir. Hazırda ərizədə göstərilmiş hal qətnamə ilə müəyyən edilmiş hal olduğundan eyni məsələ ilə bağlı məhkəmə tərəfindən izah verilə bilməz. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 adına "xxxx" QSC –nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1717/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar