Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-380/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Borclunun nümayəndəsi və vəkili Vəkil icra icraatı qaydasında daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Borclu nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Xətai Rayon məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018-ci il tarixli icra sənədinin icrasının təminatı məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evin və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018 – ci il tarixli icra sənədinə əsasən borcludan 58000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Borclunun yeganə yaşayış yeri olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evin üzərinə icra məmurunun təqdimatı əsasında icra sənədinin icrası məqsədilə Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı, xx.xx.2022 – ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmin əmlaka tutma yönəldilə bilməz. Belə ki: 27 iyun 2004 – cü ildə borclunun arvadı X2 (06 dekabr 2021 – ci ildə vəfat etmişdir) Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsindəki 48 saylı evin 14 – cü mənzilini almışdır. Bir müddət orada yaşadıqlarına görə yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışlar. Arvadı 2018 – ci il martın 11 – də həmin mənzili satmış. Bundan sonra borclunun həmin mənzilə qeydiyyatı formal olaraq qalmışdır. Borclunun yeganə yaşayış yeri olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evdə yaşamış və hal-hazırda yaşayır. Borclu yeganə yaşayış yeri olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evin üzərinə icra məmurunun təqdimatı əsasında icra sənədinin icrası məqsədilə həbs qoyularkən, o bildirmiş ki, ora onun yeganə yaşayış yeridir. Formal olaraq Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsindəki 48 saylı evin 14 – cü mənzilində qeydiyyatda olmasını əsas gətirən məhkəmə, hesab etdi ki, ev borclunun yeganə yaşayış yeri deyil və o guya orada deyil, mənzildə yaşayır. Borclu qeyd edir ki, formal qeydiyyata əhəmiyyət verməmiş, yeni mülkiyyətçi də ondan mənzildən çıxmasını tələb etməmişdir. Bu məsələ borcluya obyektiv həqiqətə uyğun olmayan əsassız problem yaratdığından, yəni evinin üzərinə həbs qoyulduqdan sonra borclu formallığı aradan qaldıraraq onun yeganə yaşayış yeri olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evinə qeydiyyata alınmışıdır. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018 – ci il tarixli icra sənədinin icrasının təminatı məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Borclu mülkiyyətində olan 20 saylı evin və onun yerləşdiyi 0,16 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etdi. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 58000 manat (1000 manat ödənilib) vəsait Borclu tutularq ona ödənilməlidir. Qarşı tərəf saysız hesabsız məhkəmə müraciətləri ilə vəsaitin ödənilməsini yubadır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 nömrəli, xx.xx.2022-ci i l tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı evin və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə qərarın ləğvi ilə bağlı müraciət edilsədə, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Borclu məhkəmə qərarının ləğvi ilə bağlı təkrar ərizəsində adı çəkilən bağ evindən başqa yaşayış sahəsinin olmadığını bildirir, halbuki 10 mart 2004-cü il tarixli 3 tərəfli müqavilədə Borclu payçı kimi iştirak edir və şəhərin mərkəzində M.Muxtarov, L.Tolstoy, Z.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsində 10 mərtəbədə 4 otaqlı, tam sahəsi 140 kv. M. olan 34 saylı mənzilə malikdir.Tələbkar həmçinin qeyd edir ki, həmin mənzilin onun adına sənədləşdirilməsi barədə notariat qaydada 21 fevral 2017-ci ildə ərizə versə də, sonradan 26 sentyabr 2017- ci ildə verdiyi ərizədən notarial qaydada imtina etmişdir. Görünüdüyü kimi həmin 34 saylı mənzil Borclu istifadəsindədir. Sadəcə mənzilə çıxarış almasını yubadır. Borclu mənzili digər şəxsə satıbsa yəni, 21 fevral 2017-ci il tarixindən sonra rəsmi sənəd təqdim etsin. Borclunun yazdığı ərizələr, şikayət məktublarının səbəbi vaxtı uzatmaqdır. Qeyd edilənləri nəzərə alaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(01)-605/2022 nömrəli , xx.xx.2022-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-605/2022 saylı qərardadından görünür ki, Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-425/2022 saylı xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Borclu X1 şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 8(011)-605/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X3 xx.xx.2022- ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Reyestrindən” verilən Arayışdan görünür ki, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 20 saylı ev ( 4 otaq , ü/s 170.1 kv.m, y/s 113.1 kv.m) və həmin evin yerləşdiyi 0.16 ha torpaq sahəsi aşkar edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Borclu adına yalnız Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evi aşkar edilmişdir. Göründüyü kimi həbsin götürülməsi xahiş edilən əmlak borclunun yeganə yaşayış yeridir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; Həmin qanunun 45.1- ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın .zərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin qanunun 45.2- ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir; Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın syahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan clunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırıimasından, cnun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir; Həmin qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İş materiallarından görünür ki, borclu X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evi onun yeganə yaşayış sahəsidir və həmin ünvanda qeydiyyatdadır. Borclunun mülkiyyətində habelə istifadə, sahibliyində hər hansı başqa daşınmaz əmlakı, o cümlədən yaşayış yerinin olması müəyyən edilməmişdir. Bu səbəbdən borclunun və onun ailəsinin yaşamalarını təmin edəcək yeganə əmlak olduğundan, həmin əmlakın üzərinə həbs qoyulmasını qeyrimümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-605/2022 saylı qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-605/2022 saylı qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin üzərinə qoyulmuş həbs (həmçinin özgəninkiləşdirilmə) götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-380/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-380/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver