Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-383/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X21 Tehran oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nun, X9 və X22 oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 saylı evin 67 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 321, M7, m1) cavabdehlər X9, X4, X8, X7, X2, X3, X5, X6 və Kamal Xəlilovun istifadə hüquqlarına xitam verilməsi, hazırkı qətnamənin qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər X9, X4, X8, X7, X2, X3, X5, X6 və Kamal Xəlilovun "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 saylı evin 67 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 321, M7, m1) çıxarılmaları üçün əsas hesab edilməsi qət edilmişdir. X1, X16 və X22 oğlu məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hələ dolların manata münasibətdə bahalaşması olmamışdan əvvəl Quliyev X12 Faiq Əziz oğluna məxsus təkcə yaşayış yeri olan mənzili girov qoyaraq "xxxx" ASC-dən dollar şəklində kredit götürmüşdür. X22 oğlunun krediti ödəməməsi nəticəsində "xxxx" KB ASC onlara qarşı iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Gəncə prospekti, ev 69, 67 saylı mənzildən onların istifadə hüququna xitam verilmişdir. Həmin mənzil hazırda hərrac vasitəsi ilə bankın balansına keçmişdir. Onlar mənzilin xərclərini ödəyərək geri almaq niyyətindədirlər. Yaxın 6 ay ərzində həmin pulu ödəməyə imkanları vardır. Məhkəmə iclasında X21 Tehran oğlu ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tələbkar bankın nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxan gündən borclular tərəfindən "xxxx" KB ASC-yə heç bir ödəniş edilmədiyini bildirmiş və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə borclunun izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X21 Tehran oğlunun himayəsində azyaşlı övladları vardır. Onun övladı 15 avqust 2013-cü il təvəllüdlü X11 hal-hazırda yataq xəstəsidir. İşin mövcud vəziyyətində X21 Tehran oğlunun ailə üzvləri ilə birlikdə mənzili tərk etməsi, özünə yeni mənzil axtarması imkanından məhrum olması nəzərə alınaraq bu hal məhkəmə tərəfindən müstəsna vəziyyət kimi qiymətləndirilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, qətnamənin icrasına şərait yaradılmalı və borclulara 3 ay müddətində möhlət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, borcluların ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsinin icrasına 3 ay müddətində, yəni 17 avqust 2022-ci il tarixədək möhlət verilməli, ərizə qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(011)-5811/2019 saylı qətnaməsinin icrasına 3 ay müddətində, yəni 17 avqust 2022-ci il tarixədək möhlət verilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardaddan onun tərəflərə təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-383/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-383/2022
17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver