Məhkəmə qərarları › İş №8(011)-385/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-385/2025

10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-385/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi Borclu iştirakı ilə, Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4683/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan avtomobillərin üzərindən həbsin götürülməsinə dair təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “Hundai Tucson” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” minik markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4683/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borc Borclu tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu borcun ödənilməsini nəzərə alaraq məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallırını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4683/2020 saylı, xx.xx.2020-ci il tarixli tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 392,24 manat məbləğində pul və 20,40 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC -yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hundai Tucson” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” minik markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC Xətai rayon İcra Şöbəsinə ərizə yazaraq Xətai Rayon Məhkəməsinin 2(011)-4683/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu borcunu tam ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu borcunu tam ödədiyi və icra sənədinə xitam verildiyi sübut olunur. Odur ki, məhkəmə hesab edir ki, “Hundai Tucson” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” minik markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi icra olunduğundan təqdimat təmin olunmalı, avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hundai Tucson” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” minik markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs qötürülsün. Qərardadın icrası Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar