Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-386/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 07 dekabr 2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5958/2023-010 nömrəli, 23 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 3.815 manat məbləğində pul vəsaiti və 65.59 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 04 dekabr 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X2 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, adına əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. O, ərizədə qeyd etmişdir ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmənin elektron kabinetindən görünən iş materialında guya borcluya çatdırılımış xəbərnamədə göründüyü bildirişi əslində borclu qəbul etməmiş, imza nə onun, nə də ailə üzvlərinin imzası deyildir. Borclu icraata başlamaq haqqında qərarı almamışdır. Lakin borclu artıq xx.xx.2013-cü il tarixdə ailə qurmuş və ünvan 1 ünvanında deyil, Bakı şəhəri Nizami rayonu, X6 89, mənzil 40 ünvanında ailəsi və azyaşlı övladları ilə birlikdə daimi yaşayır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləri sırasında vardır. İcra məmuru borclunun gəlirləri barədə sorğular vermədən, məcburi gətirmə və ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatlarla məhkəməyə müraciət etmişdir. İcra məmurunun icraata başalama qərarı ilə tanış olmadığını nəzərə alaraq icraata başlama haqqında qərarı Bakı şəhəri Nizami rayonu, X7 89, mənzil 40 ünvanına çatdırılmasını xahiş edir. Himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq icra məmurunun məcburi gətirmə haqqında qərarının təmin edilməməsi və bildirişin rəsmi qaydada yaşadığı ünvana çatdırılanadək borcluya bu barədə möhlət verilməsini xahiş edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş icra işi materiallarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5958/2023-010 nömrəli, 23 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən, 121.90 (bir yüz iyirmi bir manat doxsan qəpik) manat əsas borc, 12 (on iki) manat cərimə borcu; 14 may 2022-ci il tarixli tarixli müqaviləyə əsasən, 13 (on üç) manat əsas borc, 3.90 (üç manat doxsan qəpik) manat cərimə borcu; 14 iyul 2022-ci il tarixli müqaviləyə əsasən, 749.40 (yeddi yüz qırx doqquz manat qırx qəpik) manat əsas borc, 75 (yetmiş beş) manat cərimə borcu; 25 oktyabr 2022- ci il tarixli müqaviləyə əsasən, 677.90 (altı yüz yetmiş yeddi manat doxsan qəpik) manat əsas borc, 67 (altmış yeddi) manat cərimə borcu; 15 noyabr 2022- ci il tarixli müqaviləyə əsasən, 1.944,90 (bir min doqquz yüz qırx dörd manat doxsan qəpik) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə olmaqla, cəmi 3.815 (üç min səkkiz yüz on beş) manat pul vəsaitinin və 65.59 (altmış beş manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 07 dekabr 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Daha sonra 29 aprel 2024-cü il tarixdə borclu tələbin könüllü icrası barədə bildirişə imza atmaqla onun surətini rəsmi qaydada almışdır. “Elektron icra” sistemi vasitəsilə verilmiş sorğuya əsasən borclunun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. 12 yanvar 2024-cü il tarixdə icra məmuru tərəfindən borcluya rəsmi xəbərdarlıq edilmişdir. 04 aprel 2024-cü il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. 29 aprel 2024-cü il tarixdə borclu icra şöbəsinə dəvət edilmiş və onun izahatı alınmışdır. Məhkəmə işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxx 1981-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-386/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-386/2024
07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver