Məhkəmə qərarları › İş №8(011)-39/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-39/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-39/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, X1, Borclu iştirakı ilə,¸ İddiaçı X3 cavabdeh Borclu qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə i X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdeh Borclu ilə birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmağa imkan vermədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ananın iştirakı olmadan görüşməyini xahiş etmişdir. xx.xx.2022-c il tarixli 2(011)-4705/2022 saylı məhkəmə qərarı ilə iddia təmin edilmişdir. Belə ki, qərarın qərara alınma hissəsində ananın iştirakı olmadan sözü yazılmadığı üçün yenidən iddiaçı üçün çətinliklər yaranmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uşaqla görüş icra şöbəsində baş verir. Orada da, uşaq anasının yanından onunla getmək istəmir. İcra məmuru isə bildirir ki, qətnamədə uşaqla görüşün ananın iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd olmadığına görə ananı uzaqlaşdıra bilmir. Məhkəmə iclasında iştirak edən borclu ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. O, verdiyi izahatında göstərdi ki, Mikayılov Elçin 6 il ərzində uşağı ilə görüşməmiş, onunla maraqlanmamışdır. Bu səbəblə də uşaq atasını tanımır. Uşaq atasını görəndə ağlayırdı, o da demişdir ki, gəlsin yanında dursun. O, qarşı tərəfə münasibətdə nə təhqir edici sözlər istifadə etmir, nə də mane olmur. Uşaqdır, girir oyun zalında oynayır, tərləyir. Sadəcə 10-15 dəqiqə yaxınlaşır, uşağın tərli paltarlarını dəyişib, uzaqlaşır. Vaxtında aparıb-gətirir uşağı. Qarşı tərəfi onu mediasiya ərəfəsində öldürməklə hədələyib. Bunu uşağın yanında da edib. Bir dəfə yay ayı idi, saat günorta ikidə görüşdülər. O, dedi ki, hava istidir, karusellər qaynardır, uşaq keçsin kölgədə oynasın. Bunun üstündə qarşı tərəf onunla mübahisə etdi və üstünə cumdu. Uşaqda qorxdu, itələdi onu. Bundan sonra da, uşaq atası ilə görüşmək istəmir. O, hər zaman yanlarında olmur, aparır, uşağın başı qarışanda sonra isə çıxıb gedir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 xx.xx.2017-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günləri saat 10.00 dan-19:00 qədər, X9, Novruz Bayramında, Qurban Bayramı və Orucluq Bayramında isə bayram günlərinin ikinci günü 10:00-dan 19:00-dək ünsiyyətdə olmaq qaydası müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının uşağın anasının iştirakı ilə ünsiyyətdə olması üçün iş materiallarında hər hansı əsas olmamışdır. Həmçinin ünsiyyətdə olmaq hüququ tələb edilən X2 xx.xx.2017-ci il təvəllüdlü olmaqla, kənar şəxslərin yardımına möhtac olmadan özünü sərbəst şəkildə idarə edə biləcək yaşdadır. Atanın və uşağın bir biri ilə sərbəst şəkildə ünsiyyətdə olmaq üçün hüququ məhdudlaşdırılmamalıdır. Elə bu səbəbdəndir ki, məhkəmə qətnaməsində uşaqla atasının görüşlərinin ananın iştirakı ilə keçirilməsi qeyd edilməmişdir. Bu baxımdan, uşaqla atasının görüşü zamanı cavabdeh Borclu iştirakı düzgün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində X3 xx.xx.2017-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günləri saat 10.00 dan- 19:00 qədər, X9, Novruz Bayramında, Qurban Bayramı və Orucluq Bayramında isə bayram günlərinin ikinci günü 10:00-dan 19:00-dək ünsiyyətdə olmaq qaydası müəyyən edilməsi” ifadəsi X3 xx.xx.2017-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günləri saat 10.00 dan-19:00 qədər, X9, Novruz Bayramında, Qurban Bayramı və Orucluq Bayramında isə bayram günlərinin ikinci günü 10:00-dan 19:00-dək sərbəst şəkildə, mülki iş üzrə cavabdeh Borclu iştirakı olmadan ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsi kimi başa düşülməsinə dair izah verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4705/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində "X3 xx.xx.2017-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günləri saat 10.00 dan-19:00 qədər, X9, Novruz Bayramında, Qurban Bayramı və Orucluq Bayramında isə bayram günlərinin ikinci günü 10:00-dan 19:00-dək ünsiyyətdə olmaq qaydası müəyyən edilməsi” ifadəsi X3 xx.xx.2017-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günləri saat 10.00 dan-19:00 qədər, X9, Novruz Bayramında, Qurban Bayramı və Orucluq Bayramında isə bayram günlərinin ikinci günü 10:00-dan 19:00-dək sərbəst şəkildə, mülki iş üzrə cavabdeh Borclu iştirakı olmadan ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsi kimi başa düşülməsinə dair izah verilməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar