Məhkəmə qərarları › İş №8(011)-393/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-393/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-393/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6549/2018 saylı, 09 avqust 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6549/2018 saylı, 09 avqust 2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, habelə uşaqlar 3 yaşına çatanadək iddiaçı Tələbkar üçün ayrı-ayrılıqda 50 manat, ümumilikdə 408 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılmış, borcluya qərarın və bildirişin surəti göndərilmiş, lakin Borclu tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində könüllü təmin etməmişdir. İcra tədbirləri zamanı borcluya məxsus tələbi yönəldə biləcəyi daşınar, daşınmaz əmlak növləri və gəlir yeri aşkar olunmamışdır. Borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmiş və hazırda borc 1420 manat təşkil edir. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlərMəhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6549/2018 saylı, 09 avqust 2018-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, habelə uşaqlar 3 yaşına çatanadək iddiaçı Tələbkar üçün ayrı-ayrılıqda 50 manat, ümumilikdə 408 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 04 mart 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarı və tələbin könüllü icrası haqqında bildiriş 04 mart 2023-cü il tarixdə Borclu göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6549/2018 saylı, 09 avqust 2018-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən, Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar