Məhkəmə qərarları › İş №8(011)-395/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-395/2024

30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-395/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5306/2023-006 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı pul tələbi barədə iddia qaldırmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti vermiş və məhkəmənin qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. O, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmamışdır. Hazırda iş Xətai Rayon İcra Şöbəsinə yönəlmiş və icra şöbəsində tərəf ondan 80000 manatı verilməsini və verildikdən sonra qalan məbləğin hissə-hissə ödənilməsini istəyir. Onlar arasında razılaşmışlar ki, o, pulu hissə-hissə ödəsin. Onların münasibətləri yaxşı olub, demək olar ki, dost münasibətində olmuşlar. Bir yerdə iş görüb gəlir əldə etmişlər. Ona bu verdiyi puldan 250000 manat qazanc vermiş, işə qoyduğu pulu da ödəmişdir. Hətta həmin pulu görə onlar 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi də bağlamışlar. O, tələbkarın pulun qazancdan başqa hissə-hissə ödəyirdi. O, iddiaçıya xx.xx.2023-cü il tarixdə puldan 700 manat ödəmişdim. O, iddiaçını aldatmamış və aldatmaq da fikri olmamışdır. Hətta pulu 2013-də götürəndə dolların kursu aşağı idi. Lakin iddiaçı həmin borcu hazırki Dolların məzənnəsi ilə hesablamışdır. Məhkəmədə iş olanda da 5000 manat ödəniş etmişdir. Onun tələbkara hazırda cəmi qalan borcu 192450 manatdır və onu ödəməkdən imtina etmir. Lakin 80000 manatı bir dəfəyə ödəməyə gücü çatmır. O, mənzilini banka qoyub pul götürmüş və hər ay bank qarşısında öhdəliyini yerinə yetirir. O, hər ay iddiaçıya 1000 manat məbləğində ödəniş edə bilər. Tələbkar, onun vəkili və nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin edilməməsini xahiş etdilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5306/2023-006 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar