Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-399/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar və Borclu iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5306/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5306/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 197450 manat məbləğində pul vəsaiti və 488 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası zamanı Tələbkar etibarnamə ilə nümayəndəsi ərizə ilə müraciət edərək Tələbkar Borclu ilə barışıq sazişi bağladıqlarını bildirərək barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmasını xahiş etmişdir. ”İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında olan barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar izahatında bildirmişdir ki, Borclu oğlu ilə öz aralarında razılığa gəlmişlər. O, mənzilin məhz X5 tərəfindən alınmasını istəyir, ona görə də X2 barışıq sazişinə daxil etmişlər. Məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu izahatında göstərmişdir ki, tələbkarla öz aralarında razılığa gəlmişlər, X5 ona məxsus mənzili aldığı təqdirdə borcunu ödəyə bilər. Həmçinin, X5 ilə öz aralarında müəyyən haqq-hesabları vardır, ona görə də onu da barışıq sazişinə əlavə etmişlər, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 197450 manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 488 manat alınaraq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Borclu, X5 və Tələbkar aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “Biz aşağıda imza edənlər Bakı Apeliyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icra ediliməsi məqsədilə Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar (bundan sonra Tələbkar), ünvan 2 ünvanında qeydiyyatda olan X6 (bundan sonra Borclu) və ünvan 3 ünvanında qeydiyyatda olan X5 (bundan sonra Maraqlı şəxs) aşağıdakı şərtlərlə, bu Sazişi bağlayırlar:
1. Tələbkar, Borclu və Maraqlı şəxs X5 aşağıdakı qaydada qarşılıqlı razılığa gəlirlər ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-16(011 )-91 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuş Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 15, 1 saylı mənzilin 106.000 (yüz altı min) AZN ödəniş edilməklə alqı-satı müqaviləsi əsasında Maraqlı şəxs X1 etiraz etmirlər.
2. Borclu Ağcayev X4 şəxs X5 ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra Borclu öhdəlik götürür ki, alqı- satqıdan əldə olunmuş vəsaitdən 56.500 (əlli altı min beş yüz) AZN məbləğində vəsaiti Bakı Apeliyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödəməyi öhdəsinə götürür.
3. Alqı-satqı müqaviləsi bağlanan zaman yerdə qalan vəsait müvafiq müqavilənin bağlandığı notariat ofisinin depozit hesabından Borclu müqavilə bağlanan günədək "xxxx" ASC-yə yaranmış borcuna ödəniləcəkdir.
4. Alqı-satqı müqaviləsindən əldə olunan gəlirdən yerdə qalan vəsait Borclu müvafiq bank hesabına köçürüləcəkdir.
5. Tələbkar Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 15, 1 saylı mənzilə münasibətdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-16(011 )-91 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının X11nə əsaslanaraq qismən ləğv edilib, həmin əmlakın həbsdən azad edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etməyi öhdəsinə götürür.
6. Borclu ilə X5 arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra, əvvəlki mülkiyyətçi Borclu və onun ailə üzvləri - həyat yoldaşı Ağcayeva Elena, oğulları X8 və X7 1 (bir) ay müddətində həmin mənzildən pasport qeydiyyatından çıxmaqla bağlı öhdəlik götürürlər;
7. Borclu bir daha təsdiq və bəyan edir ki, X11 bağlananadək Bakı Apeliyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödənilməli olan 197.450 (yüz doxsan yeddi min dörd yüz əlli) manat ümumi borcundan yalnız 15.000 (on beş min) manat məbləğində ödəniş etmişdir.
8. Borclu bir daha bəyan və təsdiq edir ki, X5 ilə aralarında bağlanan alqı-satqı müqaviləsindən əldə etdiyi gəlirdən 56.500 (əlli altı min beş yüz) AZN məbləğində vəsaiti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödədikdən sonra Tələbkar 125.950 (yüz iyirmi beş min doqquz yüz əlli) AZN məbləğində qalıq borcu qalırvə həmin borcu aylıq 1000 (min) AZN məbləğində olmaqla Tələbkar ödəməyi öhdəsinə götürür.
9. Tərəfiər bəyan edirlər ki, Bu Saziş qüvvədə olduğu müddətdə (borclu şəxslər tərəfindən öhdəliklər yerinə yetirilmədiyi hallar istisna olmaqla) hazırkı Sazişin predmetini mübahisələndirməyəcəklər.
10. Bu Saziş işə baxan məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir.
11. Bu Saziş eyni hüquqi qüvvəyə malik, Azərbaycan dilində 5 (beş) nüsxədə hazırlanmış və imzalanmışdır. Sazişin 1 nüsxəsi məhkəmədə, 1 nüsxəsi Xətai Rayon İcra Şöbəsində, digər nüsxələr isə tərəfdə saxlanılır.” Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd dir ki, məhkəmə iclasında tələbkar və borclu izahatlarında barışıq sazişinə maraqlı şəxs kimi daxil edilmiş X5 ilə onların arasında müəyyən haqq-hesab münasibətlərinin olduğunu, mənzilin məhz onun tərəfindən alınmasına razı olduqlarını və bu səbəbdən barışıq sazişini üçtərəfli qaydada bağlayaraq, X2 da sazişə daxil etdiklərini bildirmişdir. Göründüyü ki, tələbkar və borclu icra sənədinin onlar arasında olan mübahisə ilə bağlı qəbul edilməsinə baxmayaraq, həmin mübahisə üzrə tərəf olmayan üçüncü şəxslə aralarında olan münasibətləri də hazırki barışıq sazişinə daxil etmişlər. Bununla bağlı, məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri tələbkar və borclu arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsidir. “İcra haqqına” Qanunun 20.1.2-ci maddəsində qeyd edildiyi kimi məhkəmə tərəfindən təsdiq edilməli olan barışıq sazişi məhz tələbkar və borclu arasında bağlanmalıdır. Belə ki, məhkəmə mübahisəsi həmin şəxslər arasında olduğundan və məhkəmə qətnaməsi mübahisəyə son qoymaq üçün yenə eyni şəxslər barəsində qəbul edildiyindən, həmin icra səndinə əsasən başlanılmış icra icraatına da yalnız mübahisə tərəflərinin təsdiq etdiyi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi ilə xitam verilə bilər. Mübahisə tərəfi olmayan, yəni, icra sənədi üzrə tələbkar və ya borclu olmayan şəxsin barışıq sazişinə daxil edilməsi və barışıq sazişinin icrasının həmin şəxsin üzərinə qoyulmuş hüquq və vəzifələrdən asılı edilməsi “İcra haqqına” Qanunun 20.1.2-ci maddəsinin tələblərinə ziddir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qəraraaldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Leyla Şövkətli-Mənsimli