Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-4/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Məmmədov Xatir Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, X3, ev 32, mənzil 96 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunu hal-hazırki borcu 6400 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2021-ci il tarixdə icra məmuru Məmmədov Xatir icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar Borclu ünvanına göndərilmişdir. Borclu Xətai Rayon İcra Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən məlumatı var. İcra sənədi ilə razı olmadığı üçün borcu ödəmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir, yekun qərar qəbul edildikdən sonra icra sənədini icra edəcəkdir. İcra işinin materiallarından görünür ki, tələbkar xx.xx.2022-ci il tarixdə Tələbkar Xətai Rayon İcra Şöbəsinə tələbdən imtina etməsi ilə bağlı ərizəylə müraciət etmişdir. İcra işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Məmmədov Xatir tələbkarın tələbdən imtina etməsi ilə təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-5903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtina etməsi ilə bağlı ərizəylə müraciət etmişdir. Odur ki, Borcluun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Odur ki, təqdimat əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-4/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-4/2023
06.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver