Məhkəmə qərarları › İş №8(011)-403/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-403/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-403/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı “alimentin indeksasiyası” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4136/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu məhkəmə baxışı zamanı bildirdi ki, əvvəl tutulan alimenti hər zaman vaxtında ödəyib. Lakin hazırda işləmədiyinə görə 3 aydır alimenti ödəyə bilmir. Tələbkar övladı ilə birlikdə xarici ölkədə yaşayır, uşaqla görüşməyə də imkan vermirlər. Məhkəmə borclunu dinləyərək və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, tələbkar Fransa Respublikasında yaşayır, ərizəni tələbkar özü deyil, onun anası Kəmalə Nurəliyeva imzalasa da, verilmiş etibarnamədə Kəmalə Nurəliyevaya nə tələbkarın adından məhkəməyə təqdim edilmiş ərizənin imzalanması, nə də məhkəmədə iştirakla bağlı səlahiyyətlər verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən müddəalara və göstərilən əsaslara görə məhkəmə hesab edir ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Tələbkar Borclu qarşı “alimentin indeksasiyası” barədə ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar