Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-404/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-884/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu əmlakları üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus olan “VAZ 21053” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Nexia” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-884/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 921 manat məbləğində pul vəsaiti tutulmalıdır, icra sənədi xx.xx.2023 tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “VAZ 21053” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Nexia” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır, hazırda icra sənədi üzrə heç bir ödəniş olunmamışdır, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi R.M.Aslanov bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-884/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 921 manat məbləğində pul vəsaiti tutulmalıdır, borclu icra sənədini icra etmir, bu hal tələbkarın hüquqlarını pozur. Sonda tələbkarın nümayəndəsi R.M.Aslanov təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsinin izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-884/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ümümilikdə 891 (səkkiz yüz doxsan bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və könüllü icra haqqında bildirişin surətinin borcluya göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu (552132330; 5********) xx.xx.2023-cü il tarixdə “Sms” bildirişlər göndərilməklə, ondan icra işi üzrə Xətai rayon icra şöbəsinə yaxınlaşması xahiş edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “VAZ 21053” minik markalı, **-RK- *** dövlət qeydiyyat nişanlı və “Daewoo Nexia” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya qərar və bildiriş barədə rəsmi məlumat verilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın “Borclu məxsus olan daşınar əmlakların üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21053” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Nexia” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-404/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-404/2023
12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver