Məhkəmə qərarları › İş №8(011)-411/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-411/2025

14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-411/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Tələbkarın nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4359/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi üzrə X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-4359/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ona qarşı iddia tələbi qismən təmin edilərək, ondan 7663 manat borun, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən məbləği bir dəfəyə ödəmək imkanında olmadığı üçün borclu həmin Banka 155 manat ödəmişdir. Hal-hazırda icra məmuru pulu dərhal ödəməsini tələb edir. Borclu həmin məbləği hissə-hissə ödəyə bilər və həmin məbləğin ödənilməsi üçün onun imkanı yoxdur. Qiymətli bir əşyası da yoxdur ki, satıb birdəfəlik ödəsin. Hara işə gedib işləmək istəyirsə, işə götürmürlər. Qeyd olunanlara əsasən borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-4359/2023 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X10 oğlu ərizəyə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4359/2023 saylı məhkəmə qətnaməsinə əsasən X2ndan Tələbkar ASC-nin xeyrinə ümumilikdə 7568.01 manat məbləğində kredit borcu və 95.68 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin qəbul olunmasından müəyyən müddət keçməsinə baxmayaraq bu günə qədər cəmi 155 manat borc ödənilmişdir. X2 Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4359/2023 saylı məhkəmə qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Xətai Rayon məhkəməsindən banka göndərilən bildirişdə xx.xx.2023-cü il tarixli, e-2(011)-4359/2023 saylı məhkəmə qətnaməsi üzrə X1 qeyd edilən borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə məhkəmə iclasında baxılması 14 aprel 2025-ci il tarixə təyin edilmişdir. Bankın əməkdaşları tərəfindən borclunun özü ilə dəfələrlə əlaqə yaradılmış hər dəfəsində müxtəlif bəhanələr gətirərək heç bir ödəniş etməmişdir. Hazırda borclunun ərizə ilə məhkəməyə müraciət etməsi məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi daşıyır. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasının uzadılması üçün belə bir addım atmışdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci maddəsində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən nümayəndə X1 ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4359/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar ASC-nin cavabdeh X7 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X5 15 aprel 2022-ci il tarixli GTKR5073944A299 nömrəli kredit müqaviləsinə əsasən 6501,22 manat əsas, 1066,79 manat faiz, cəmi 7568,0 1 manat məbləğində kredit borcu və ödənilmiş 95,68 manat dövlət rüsumunun iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, eyni zamanda borclu tərəfindən ərizədə təklif edilən məbləğlə borcun ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etdiyindən və tələbkar bankın mənafelərinə uyğun olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar