Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-413/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkarın nümayəndəsi X3, X1 iştirakı ilə, Tələbkar X2 Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Xətai rayon İcra şöbəsinin icra məmurunun Tələbkar xeyrinə ondan 3479 manat pulun tutulması barədə icra sənədinin geri qaytarılmaması barədə hərəkətinin qanunsuz hesab edilməsi və icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsi öhdəliyinin Xətai Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon mməhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4327/2021 saylı qətnaməsinə əsasən iddiaçının iddiası qısmən təmin edilmişdir. Borcludan 3305 manat məbləğində dəymiş zərər, 74 manat dayanacaq haqqı və 100 manat avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair qiymətləndirmə haqqı olmaqla, ümumilikdə 3479 manat pul vəsaiti tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və qətnamənin icra edilməsi Xətai Rayon İcra Şöbəsinə tapşırılmışdır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. Borclu heç yerdə işləmir, işsizlik kimi məşğulluq mərkəzində qeydiyyatdadır və müavinət almır. Tələbin yönləndirilə biləcək əmlakı yoxdur. Xətai Rayon İcra Şöbəsinə icra sənədinin qaytarılması haqqında ərizə yazsa da, buna məhəl qoyulmamışdır. Borclu məhkəmə iclası zamanı şikayətə uyğun izahat verərək bildirdi ki, tələbkara hər ay 200 manat olmaqla, cəmi 1100 manat məbləğində ödəniş etmişdir. Tələbkar məhkəmə iclası zamanı bildirdi ki, borclu heç bir əmlakının olmamasını bildirsə də, borclunun adına 3 mənzil mövcuddur. İcra məmuru öz vəzifə borcunu yerinə yetirərək, icra sənədini icra etməyə çalışır. Borclu isə icra sənədini icra etməkdən yayınır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon mməhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4327/2021 saylı qətnaməsinə əsasən borcludan 3305 manat məbləğində dəymiş zərər, 74 manat dayanacaq haqqı və 100 manat avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair qiymətləndirmə haqqı olmaqla, ümumilikdə 3479 manat pul vəsaiti tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixində icra olunması üçün Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu hal-hazırda AR İcra haqqında Qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin yönələ biləcəyi əmlakı və gəlirləri olmadığına görə icra sənədinin məhkəməyə geri qayatrılmasını tələb edir. Məhkəmə qeyd edir ki, AR İcra haqqında Qanunun 23-cü maddəsində icra məmuru tərəfindən hansı hallarda icra sənədinin məhkəmə geri qaytarılması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Belə ki, həmin maddəyə əsasən 1) tələbkarın ərizəsi əsasında; 2) borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 3) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 4) tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 5) tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Borclu heç bir gəlirinin, eləcə də tələbin yönələ biləcəyi əmlakının olmadığını qeyd etsə də, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə borclunun mülkiyyətində olan daşınmaz əmlaklar barədə əldə edilmiş məlumat əsasında müəyyən olunur ki, borclunun adın üç ədəd mənzil – (Mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyat nömrələri **********, ********** və **********-dir) mövcuddur. Hətta Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov xx.xx.2023-cü il tarixdə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərkən təqdimata borcluya məxsus olan 3 mənzilin müəyyən edilməsini qeyd etmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-794/2023 saylı xx.xx.2023-cü il tarixli qərardada əsasən həmin mənzillərdən birinin üzərinə həbs qoyulmuşdur. Digər bir tərəfdən, məhkəmə qeyd edir ki, AR İcra haqqında Qanunun 23-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən icra sənədi o halda məhkəməyə geri qaytarılır ki, ilk növbədə borclunun əmlakını və gəlirlərinin axtarışı barədə qərar qəbul edilir və həyata keçirilən axtarış tədbirləri nəticəsində borcluya məxsus heş bir əmlakın və gəlirlərinin olmadığı müəyyən edilir. Həmçinin, borclu tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinin surətlərindən də görünür ki, borclu xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək hər ay 200 manat (xx.xx.2024-cü il tarixdə 300 manat) olmaqla, 1100 manat məbləğində ödəniş etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə geri qaytarılması üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda müəyyən edilmiş əsaslar mövcud olmadığından, icra sənədinin məhkəməyə geri qaytarılması üçün zərurət yoxdur, buna görə də borclunun şikayəti təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd edir ki, icra məmuru tərəfindən zəruri icra tədbiri görüldüyündən borclunun icraçının hərəkətlərindən şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-413/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-413/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver