Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-426/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkar Heydər Əliyev adına X3 nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov –Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-360/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 360/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra sənədi 04 iyun 2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq ünvan 1 ünvanına tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən ünvanda icra vərəqəsində adı qeyd olunan borcludan başqa bir neçə evin olduğu aşkarlanmışdır. Həmçinin icra vərəqəsində adı qeyd olunan borclunun faktiki yaşadığı evində həmin mübahisəli ünvanda yerləşdiyi müəyyən edilmişdir. Ünvana baxış zamanı ümumi həyətdə 1 mərtəbəli iki ədəd evin olduğu, Borclu ailəsi ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün olmaqla 1997-ci ildən həmin evi almaqla orada yaşadığı məlum olmaqla, bu hal tərəflərindən 05 iyul 2021-ci il tarixdə aktlaşdırılmışdır. Baxış zamanı göstərilmiş tələblər aydın olmamaqla icra sənədinin verilməsi üçün əsas olmuş qərarda (qətnamədə) borclunun özbaşına hesab edilməli olan tikilinin ünvanının dəqiqləşdirilməsi, eləcə də özbaşına hesab edilməli olan tikilinin ümumi həyətdə aşkarlanmış iki evdən hansı olduğu, həmin özbaşına tikilinin yaşayış evindən, evin tərkib hissələrindən və ya hər hansı bir digər tikilidən ibarət olub-olmaması dəqiq qeyd olunmadığı üçün icra sənədinin icra edilməsində çətinlik yaratmışdır. Məhkəmə iclasında tələbkar Heydər Əliyev adına X3 nümayəndəsi X2 ərizənin təmin olunmasını xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, icra sənədinin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən verilmiş ərizədən görünür ki, qətnamənin icrası zamanı özbaşına hesab edilməli olan tikilinin ümumi həyətdə aşkarlanmış iki evdən hansı olduğu, həmin özbaşına tikilinin yaşayış evindən, evin tərkib hissələrindən və ya hər hansı bir digər tikilidən ibarət olub-olmaması dəqiq qeyd olunmadığı üçün icra sənədinin icra edilməsində çətinlik yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnaməyə izah verilməsinin həmin qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığını və məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizədə qeyd olunan izah məhz sözügedən tələblərə uyğun olduğu üçün qətnamə ərizədə qeyd edilən qaydada izah edilməlidir. Odur ki, məhkəmə 2(011)-360/2021 saylı mülki iş materialları üzrə araşdırma apararkən istinad edilən ünvanda yerləşən fərdi yaşayış evinin Heydər Əliyev adına X5 məxsus magistral boru kəmərlərinin mühafizə zonasına düşüb-düşmədiyini müəyyən etmək üçün iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatı aparılarkən istinad edilən ünvanda yerləşən ev dəqiqliyi ilə təsvir edilmişdir. Buna istinad edərək məhkəmə hesab edir ki, qətnaməyə izah verilərkən ekspert rəyində göstərilən məlumatlara istinad edilməli və rəyə uyğun olaraq qətnaməyə izah verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2021-ci il tarixli rəyi ilə tədqiq olunan ünvanda yerləşən fərdi yaşayış evinin bir mərtəbəli olmaqla uzunluğu 9 metr, eni 7 metr təşkil etməsi müəyyən edilmişdir. Fərdi yaşayış evinin ön hissəsində 3x3 metr ölçüdə yardımçı otaq inşa edilmişdir. Fərdi yaşayış evinin arxa hissəsində yerləşən küncündən 3,5 metr aralıdan Heydər Əliyev adına X5 məxsus Dş 250 mm, (yüngül fleqma) magistral boru kəməri keçdiyi qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, sözügedən qətnamə ilə bağlı icra mərhələsində yaranan anlaşılmazlığın aradan qaldırılması zərurəti yarandığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(011)-360/2021 saylı qətnaməsinə izah verilməli, qətnamə əsasında sökülməli olan ev ekspert rəyinə istinad edilməklə dəqiq göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizə təmin edilsin. “ünvan 1-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilsin. Cavabdeh Borclu həmin tikilidən çıxarılsın və tikili cavabdeh Borclu hesabına sökülsün” barədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-360/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinə “ünvan 1-də yerləşən bir mərtəbəli uzunluğu 9 metr, eni 7 metr olan, evin ön hissəsində 3x3 metr ölçüdə yardımçı otaq inşa edilmiş və Heydər Əliyev adına X5 məxsus Dş 250 mm, (yüngül fleqma) magistral boru kəmərinin 3,5 metr yaxınlığında yerləşən fərdi yaşayış evi özbaşına (qanunsuz) tikili hesab edilsin. Cavabdeh Borclu həmin tikilidən çıxarılsın və tikili cavabdeh Borclu hesabına sökülsün” kimi izah verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-426/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-426/2022
17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver