Məhkəmə qərarları › İş №8(011)-433/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-433/2023

16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-433/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus “Volkwagen Passat” minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1596/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 612,05 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan "Volkwagen Passat" minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Hazırda icra sənədi üzrə borc 642,05 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, icra sənədi üzrə borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1596/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 612,05 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya xx.xx.2023-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin müxtəlif tarixlərdə borclunun istifadəsində mobil telefon nömrələrinə icra şöbəsinə gəlməsi barədə sms bildirişlər göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “Volkwagen Passat” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil borclunun adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən nəqliyyat vasitəsi Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, avtonəqliyyat vasitəsi ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Volkwagen Passat” minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar