Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-433/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov məhkəmə qətnaməsinə izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinin icra olunması üçün həmin qətnamayə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, e-2(011)-5182/2024 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Tələbkar ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin payçısı kimi tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş icra olunması üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir, hazırda Vüsal Umarovun icraatındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qətnaməsinin icra prosesində çətinliklər yaranır, cavabdeh Borclu MTK tərəfindən icra edilmir. ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin hansı hissəsi üzərində iddiaçı Tələbkar tanınması məsələsi qətnamədə öz əksini tapmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsinə izah verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu MTK-ya qarşı “payçı kimi tanınma barədə ümumi yığıncağın qərarının verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Tələbkar ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin payçısı kimi tanınması qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, qətnaməyə izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmununun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnaməyə izah verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5182/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: İddiaçı Tələbkar ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin payçısı kimi tanınması onun həmin mənzil üzərindən tam (tək) payçı kimi tanınması kimi başa düşülməldir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-433/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-433/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver