Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-44/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-313/2023-033 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə Tərtər rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu iddiaçıya məxsus qızıl- zinət əşyaları: komplekt qızıl dəsti (sep, klon, qolbaq, sırğa, üzük) - 29 qram və 7.5 (karat) orilliant, nişan üzüyü (İtalyan qızılı) - 6 qram 2 miskal alınaraq iddiaçıya təhvil verilməlidir, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri olan 3.500 manat pul vəsaiti (İtaliya istehsalı olan 29 qram, 7.5 karat brilliant komplekt qızıl dəsti ısep, klon, qolbaq, sırğa, üzük) - 2.900 manat və İtaliya istehsalı olan 6 qram 2 misqal, 2.20 karat brilliant nişan üzüyü - 600 manat) cavabdehdən tutularaq iddiaçı Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Lakin Borclu məhkəməyə ərizə ilə müraciət edərək, tələbkara olan borcunu hər ay 600 manata və digər məbləğlərdə gücü çatan qədər ödədiyini, işi ilə əlaqədar ölkə xaricinə çıxdığını, əgər ölkə xaricinə çıxmasa borcunu ödəyə bilməyəcəyini, bundan başqa xəstəliyi ilə əlaqədar əməliyyatlar olunduğunu, müalicə üçün də xərci çıxdığını, borcunu birdəfəlik ödəyə bilmədiyini, buna maddi imkanı çatmadığını bildirmiş, qeyd olunanlara əsasən borclu təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-313/2023-033 nömrəli, 27 noyabr 2023-cü il tarixli icra sənədindən müəyyən edilir ki, iddiaçıya məxsus qızıl- zinət əşyaları: komplekt qızıl dəsti (sep, klon, qolbaq, sırğa, üzük) - 29 qram və 7.5 (karat) orilliant, nişan üzüyü (İtalyan qızılı) - 6 qram 2 miskal alınaraq iddiaçıya təhvil verilməlidir, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri olan 3.500 manat pul vəsaiti (İtaliya istehsalı olan 29 qram, 7.5 karat brilliant komplekt qızıl dəsti ısep, klon, qolbaq, sırğa, üzük) - 2.900 manat və İtaliya istehsalı olan 6 qram 2 misqal, 2.20 karat brilliant nişan üzüyü - 600 manat) cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 26 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti 26 mart 2024cü il tarixdə Borclu göndərilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-313/2023-033 nömrəli, 27 noyabr 2023-cü il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2 e-2(011)-313/2023-033 nömrəli, 27 noyabr 2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1985-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-44/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-44/2025
22.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver