Məhkəmə qərarları › İş №8(011)-440/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-440/2023

25.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-440/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov - icra sənədi üzrə Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2389/2022-029 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X4 xx.xx.2013-cu il tarixli, 2013-M1121 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4070,91 (dörd min yüz yetmiş manat doxsan bir qəpik) manat, faiz borcuna görə 1575,35 (min beş yüz yetmiş beş manat, otuz beş) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5646,26 (beş min altı yüz qırx altı manat, iyirmi altı) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 76,46 (yetmiş altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti X3 və X1 tutularaq Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobil müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassız hesab edilərək təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra X2 xx.xx.2013-cu il tarixli, 2013-M1121 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4070,91 (dörd min yüz yetmiş manat doxsan bir qəpik) manat, faiz borcuna görə 1575,35 (min beş yüz yetmiş beş manat, otuz beş) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5646,26 (beş min altı yüz qırx altı manat, iyirmi altı) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 76,46 (yetmiş altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti X3 və X1 tutularaq Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2389/2022-029 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən **- BB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobil Borclu məxsusdur. Məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti könüllü olaraq ödənilmədiyindən, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobillin üzərinə həbs qoyulsun. Qərardaddan işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar