Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-444/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ akim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil1 İlyas oğlunun, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru, X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-444/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 728/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu - Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-444/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-444/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)- 260/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli qərardadı ləğv etmiş və təqdimata yenidən, habelə qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün mülki iş Xətai rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi həyata keçirildiyi yerə gəlməkdən yayınma” anlayışı ilə “icra sənədini icra etməmə” anlayışı məna baxımından və doğurduğu hüquqi nəticələr etibarilə bir-birindən fərqli anlayışlardır. Təqdimata borclulara ünvanlanmış “tələbin könüllü icrası haqqında bildiriş” əlavə edisə də, həmin bildirişin hansı ünvana göndərildiyi qeyd edilməmiş, bildirişin göndərilməsini və borclular tərəfindən alınmasını təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. ... İcra vərəqəsində göstərilən icra edilməli olan və icra məmurunun bildirdiyi kimi Borclu tərəfindən icra edilməyən hərəkət aşağıdakı kimi ifadə edilmişdir: 1. borcluların üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulsun; 2. Borclu həmin mənzildən çıxarılsın. Yuxarıda qeyd edildiyi kimi, Borclu bildirir ki, o, həmin mənzildə yaşamır, mənzil onun sahibliyində deyil. Belə olan halda təqdimata baxmış Rayon Məhkəməsi işin bu halını araşdırmalı və araşdırma nəticəsində müəyyən etdiyi hallardan asılı olaraq icra edilməli olan “birinci” hərəkətin, yəni mübahisəli mənzilin tələbkara təhvil verilməsindən İbarət hərəkətin borclulardan hansı tərəfindən icra edilməməsini müəyyən etməli idi, çünki əks halda təqdimatın əsaslı olub-olmamasına obyektiv qiymətin verilməsi qeyrimümkündür”. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-444/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun borclu xx.xx.1971-ci il təvəllüdlü Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-444/2023 saylı qərardadı ləğv edilmiş, baxış iclası xx.xx.2023-cü il tarixə, saat 17:00-a təyin edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X.Məmmədov izahatında bildirmişdir ki, icra işi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuşdur, təyinat üzrə mütəxəssis cəlb edilmiş və rəy alınmışdır, ondan əvvəl icra məmuru tərəfindən Borclu çağırılmış, o isə əmlakı çıxarış əsasında satdığını bildirmiş, işin ona aidiyyatı olmadığını bildirmişdir, bu səbəbdən də məcburi gətirilmə barədə təqdimat verilmişdir, borcluya xx.xx.2023-cü il tarixdə sms-bildirişlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə onunla telefonla əlaqə saxlanılmış, o yaxın qohumunun vəfat etdiyini, buna görə də gələ bilmədiyini bildirmişdir, bu barədə akt da tərtib edilmişdir, “**********” saylı mobil nömrə daima onun istifadəsindədir, borclu çağırışlara gəlmədiyi üçün haqqında xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar verilmişdir, qərar onun ünvanına da göndərilmişdir, borclu Binəqədi rayonu, Cəfər Xəndan ünvanında yaşayır, qətnamə ilə onun və "xxxx" MTK-nın üzərinə mənzilin tələbkara verilməsi barədə öhdəlik qoyulmuşdur, həmin mənzildə isə onun qohumu yaşamaqla həmin mənzil əsalində borclunun ixtiyarındadır, borclu icra işi barədə məlumatlıdır, icra sənədi üzrə könüllü icra müddəti də keçmişdir, əgər qətnamə icra olunsa idi, iş bu zamana qədər uzanmazdı, hazırda borcu tərəfindən icra könüllü yerinə yetirilmədiyinə və borcun könüllü icra müddəti keçdiyinə görə Borclu barəsində inzibati tədbirin görülməsi məsələsinə icra şöbəsində baxılır ki, bununla bağlı olaraq da Borclu icra şöbəsinə gəlməsi zəruridir, Borclu hər dəfə qətnamə üzrə öhdəliyinin olmadığını bildirərək çağırışlara gəlmir, o, qəsdən məhkəmə qətnaməsinin icra edilməsindən boyun qaçırmaqla məhkəməyə, hörmətsizlik nümayiş etdirir, ədalət mühakiməsinin nüfuzuna xələl gətir, onun bu əməllərinin nəticəsiz qalması başqa şəxslərin də məhkəmə aktlarının icra edilməsinə münasibətdə məsuliyyətsizlik göstərmələrinə gətirib çıxara bilər, buna görə də borclunun inzibati məhrumiyyətə məruz qalması zəruridir. Sonda X.Məmmədov təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya məhkəməsinin mövqelərinə istinad etməklə təqdimata etiraz edib izahatında bildirdi ki, əvvəla, borclunun qeydiyyat yeri Binəqədi rayonu olduğuna görə və köçürülmə tələb olunan mənzil borclunun mülkiyyətində olmadığına görə hazırkı iş üzrə işə Binəqədi rayon icra şöbəsi tərəfindən baxılmalı olduğundan Xətai rayon icra şöbəsi tərəfindən hər hansı hərəkətlərin aparılması qanunsuz və əsassızdır, digər tərəfdən icra məmuru tərəfindən təqdimat verilərkən məcburi gətirilmə barədə qərarın borcluya çatıb-çatmadığı halları araşdırılmamışdır, həmin qərar barədə onların məlumatı olmamış, icra məmuru isə şikayət vermə müddətini gözləmədən təqdimat vermişdir, həmçinin apellyasiya instansiya məhkəməsinin qərardadında borclunun hər hansı yayınma halına yol vermədiyi müəyyən edilmişdir, hazırda mübahisə edilən mənzil isə borclunun mülkiyyətində və ya istifadəsində deyil, bununla bağlı həmin mənzilə baxış keçirilmiş, həmçinin çəkilişlər aparılmışdır, buna görə də icra məmuru tərəfindən hər hansı tədbir görülə bilməz. Sonda borclunun nümayəndəsi və vəkili təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun nümayəndəsi və vəkilinin, icra məmurunun izahatlarını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, eləcə də apellyasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq və işi hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 728/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalı, Borclu həmin mənzildən çıxarılmalı, Borclu dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 (on) manat pul məbləği tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilməsi barədə qeyd aparılmışdır. İş materiallarında olan icra məmuru Xatir Məmmədov, icra məmuru Mehdi Zeynalov, hal şahidi X2 və hal şahidi X3 tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu sms bildiriş göndərilmiş, həmçinin istifadəsində olan ********** nömrə ilə əlaqə saxlanılmış, xx.xx.2023-cü il tarixdə gələcəyini bildirsə də gəlməmişdir. Təkrarən həmin tarixdə yenidən borclu ilə əlaqə saxlanılmış Borclu qardaşının arvadının rəhmətə getdiyini bildirərək gələn həftə yaxınlaşacağını bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və borclunun qeydiyyat ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu xx.xx.2023-cü il tarixdə sms bildirişlər (502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; 5********) göndərilməklə, ona icra işi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə çağırıldığı bildirilmiş, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Xətai rayon icra şöbəsinə gəlməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Borclu tərəfindən “icra qurumunun rəhbərinin və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” haqqında məhkəməyə şikayət verilmiş, şikayət əsasında “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad, hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi məhkəmədən xahiş olunmuşdur. Həmin şikayətdən görünür ki, şikayətin dəlillərini iddia tələbi üzrə işin halları təşkil edir və bu səbəblə də borclu tərəfindən icra şöbəsinə gəlməkdən imtina olunur. İş materiallarından görünür ki, ərizəçi Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, onun məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul olunması və hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi ilə bağlı şikayəti Bakı şəhər Xətai rayon Məhkəməsinin 8(011)- 478/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-264/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya insatansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, “məhkəmə qətnaməsi ilə Tələbkar Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyinin qoyulması, Borclu həmin mənzildən çıxarılması qət edilmişdir ki, bu da icra sənədi üzrə Borclu barəsində icra hərəkətlərinin aparılmasını mümkün edir. Digər tərəfdən isə, icra işi ilə bağlı icra tədbirləri, habelə icra məmurunun çağırışına üzürsüz səbəbdən gəlməmiş borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, hazırda da icra işi davam etdirilir, icra məmuru X.Məmmədovun əməlində (hərəkət və hərəkətsizliyində) şikayətin dəlilləri üzrə hər hansı bir pozuntu halları məhkəmə tərəfindən müəyyən edilmir. Belə olan halda, qanunvericiliyə əsasən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra qurumuna çağırılma barədə bildirişlər könüllü icra olunmadığından və borclu icra məmurunun çağırışlarına məhəl qoymadığından, onun barəsində icra məmuru tərəfindən çıxarılmış məcburi gətirilmə barədə qərar qanuni və əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, ünvan 6 ünvanında yerləşən 78 saylı mənzillin əvvəllər Borclu, həmin ünvandakı 83 saylı mənzilin isə Tələbkar məxsus olması, həmin mənzillərin fərqli mənzillər olması və 83 saylı mənzildə yerləşənlərin borclunun ailə üzvləri olmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır və bundan sonra borclunun mülkiyyət hüququ ilə özünə məxsus olduğu mənzili satması, onun tələbkara məxsus fərqli mənzilində yaşadığı barədə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların aradan qaldırılmasını təmin etmir”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, borclu, icra sənədi üzrə icraata başlanmaq haqqında qərar və icra sənədinin könüllü icrası barədə bildirişlərlə məlumatlandırılmış, həmçinin ona icra şöbəsinə çağırılma barədə çoxsaylı rəsmi bildirişlər (könüllü icra barədə bildiriş və 502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; ********* saylı mobil nömrələr üzrə sms-bildirişlər) verilmiş, icra sənədinin icraata qəbul olunmasından 3 ildən çox müddət keçməsinə baxmayaraq həmin sənəd icra edilməmiş qalmış, icra məmuru tərəfindən borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməklə borcluya məlumat verilmişdir, borclu tərəfindən həmin qərardan şikayət verilsə də şikayət birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, borclu hazırkı icra sənədi üzrə icra məmurunun göstərişlərinin yerinə yetirilməsindən, o cümlədən icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun qərarının icrasından imtina etmişdir. Bununla belə, iş materiallarından borclunun icra sənədinin icra etməməsinin, o cümlədən icra məmurunun çağırışları üzrə gəlməməyinin üzrlü səbəbləri görünmür. Məhkəmə, apellyasiya instansiya məhkəməsinin qərardadında ifadə edilmiş mövqeyini əsas götürür və onun məcburi göstərişlərini nəzərə alaraq qeyd edir ki, əvvəla borclu, “tələbin könüllü icrası haqqında” məlumatlı olmaqla, icra sənədi üzrə icraat dövründə icra məmurunun hərəkətlərindən şikayət vermiş, müxtəlif məzmunlu şikayətlər üzrə tələbin icrasının ona aidiyyətin olmamasını, o cümlədən onun mübahisəli mənzildə yaşamaması, mənzilin onun sahibliyində olmamasına istinad etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, ünvan 6 ünvanında yerləşən 78 saylı mənzillin əvvəllər Borclu, həmin ünvandakı 83 saylı mənzilin isə Tələbkar məxsus olması, həmin mənzillərin fərqli mənzillər olması və 83 saylı mənzildə yerləşənlərin borclunun ailə üzvlərinin olmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır. Bundan başqa, borclu tərəfindən 78 saylı mənzilin satılmasına istinad edilsə də, həmin mənzilin hazırda mübahisə edilən 83 saylı mənzil deyil, ona məxsus olan 78 saylı mənzildir, həmçinin tələbkara məxsus mənzildə hazırda da borclunun qohumları yaşayır ki, bu hallar da borclunun icra sənədinin icrasının yerinə yetirməsini bilavasitə şərtləndirir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışları ilə gəlməkdən yayınması icra sənədinin icra olunmasını mümkünsüz etdiyindən, icra məmurunun borclunun məcburi gətirilməsi ilə bağlı qərarı qanuni və əsaslı olduğundan, həmçinin qanunvericiliklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, məcburi gətirilmə barədə məhkəməyə verilmiş təqdimat da təmin olunmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu - Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-444/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-444/2023
22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver