Məhkəmə qərarları › İş №8(011)-444/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-444/2025

01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-444/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2569/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur.

2. Tərəflərin nikahı pozulmuş və nikahın pozulması akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 63 nömrə ilə qeydiyyata alınmşdır.

3. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2569/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, habelə yetkinlik yaşına çatmayan uşaqların tələbkarın yanında saxlanılması və onların yrtkinlik yaşına çatanadək saxlanılmı üçün hər ay hər uşaq üçün borcludan 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:

4. Tələbkar Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2569/2020 saylı qətnaməsinə əsasən borcludan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay tutulacaq alimentin minimum yaşayış məbləğinin müvafiq faizinə nisbətdə indeksasiyalaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)2569/2020 saylı qətnaməsinə əsasən borcludan azyaşlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üzrə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

b) Borclunun ərizəyə etirazının dəlilləri:

6. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir.

İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

13. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

"Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı:

14. Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilsin.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:

15. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

16. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

19. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

20. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

22. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.

23. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2569/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün hər ay cəmi 340 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur.

24. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 170 manat (qətnamə tutulan alimentin məbləği) : 250 manat (2020-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,68. Göründüyü kimi, 170 manat 250 manatın 0,68 mislinə bərabərdir. Beləliklə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,68 misli həddində indeksasiya edilməlidir.

25. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,68 misli həddində indeksasiya edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

Ərizə təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2569/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tutulmuş hər uşaq üçün olan 170 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyasına xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar