Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-445/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6086/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar “Xətai-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyinə dair” şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar “Xətai-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 icra məmurunun hərəkətsizliyinə dair” şikayət ilə elektron qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək Xətai rayon Məhkəməsinin 2(011)-6086/2022 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətsizliyinə dair verilmiş şikayətin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsinin izahatını, ərizəni və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tələbkarın nümayəndəsi şikayətin geri qaytarılması barədə yazılı ərizə ilə məhkəməyə müraciət etdiyindən, onun “icra məmurunun hərəkətsizliyinə dair” şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar “Xətai-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyinə dair” ərizə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-445/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-445/2023
19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver