Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-451/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun borclu X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov – borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 8(011)-451/2024 saylı qərardadı ilə təqdimat təmin edilmiş və 20 noyabr 1954-cü il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 2316 məhəlləsi, ev 1B, mənzil 22 ünvanında qeydiyyatda olan Borclu direktoru X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Daha sonra borclunun direktoru X2 tərəfindən həmin qərardaddan şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 8(011)-451/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 04 may 2023-cu il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1953/2022-020 nömrəli, 26 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclundən 11.149 manat məbləğində pul vəsaiti və 92.30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 03 may 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclunə göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış və Borclu MMMC-nin rəhbəri Nəsiov Mİrzəxan Nəsib oğlu şöbəyə gələrək 01 iyun 2023-cü il tarixdə izahat verərək hər ay 200-300 manat ödəniş edəcəyini vəd etsə də ödəniş etməkdən yayınmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş icra işi materiallarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1953/2022-020 nömrəli, 26 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclundən 11.149 manat məbləğində pul vəsaitinin və 92.30 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən 04 may 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. “Elektron icra” sistemi vasitəsilə verilmiş sorğuya əsasən borclunun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. 01 iyun 2023-cü il tarixdə borclunun direktoru icra qurumuna dəvət edilmiş və onun izahatı alınmışdır. O, izahatında hər ay 200-300 manat ödəyəcəyini bildirmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, X2 borclu olan Borclu MMMC-nin direktoru olmuş, icra vərəqi əsasında pulun Borclu MMMC-dən tutularaq tələbkara ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, X2 həmin cəmiyyətdə tutduğu direktor vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə 10 may 2024-cü il tarixdə xitam verilmişdir. Nə qədər ki, hazırkı təqdimatla barəsində məcburi icra tədbirlərinin görülməsi xahiş edilən X2 Borclu MMMC-nin direktoru deyil, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun borclu X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-451/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-451/2024
20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver