Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-452/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Sonradan, Bakı şəhəri Xətai rayon icra şöbəsinin rəis vəzifəsini icra edən Vüqar Qasımov xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı, habelə icra şöbəsinin rəis vəzifəsini icra edən Vüqar Qasımovun xx.xx.2023-cü il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru tərəfindən təqdimatın baxılmadan geri qaytarılması barədə məhkəməyə müraciət daxil olduğundan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxıla bilməz və bu halda təqdimat geri qaytarılmalıdır. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununda hazırkı halda təqdimatın geri qaytarılması nəzərdə tutulmasa da, məhkəmə belə qənaətə gəlir ki, analogiya tətbiq edilməklə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq təqdimat geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun da bilavasitə bağlı olduğu Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində analogiyanın əsasları nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə şərh edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, icra şöbəsinin rəis vəzifəsini icra edən Vüqar Qasımov təqdimatın geri qaytarılması barədə məktubla məhkəməyə müraciət etdiyindən təqdimat geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-452/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-452/2023
24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver