Məhkəmə qərarları › İş №8(011)-458/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-458/2024

03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-458/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2, İcra məmuru X1 iştirakı ilə Tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Tələbkar "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və icra sənədinin icra olunması üçün aidiyyəti üzrə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başladığı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023-005 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən 15 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. Xətai rayon İcra Şöbəsinin qeyd olunan qərarında göstərilir ki, “Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-5511 /2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2000 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. “Elektron İcra” sistemindən borclu barəsində məlumat əldə etmək mümkün olmadığından borclunun faktiki qeydiyyat iinvanı, həmçinin şəxsiyyətini təsdiq edən sənədin surətini şöbəyə təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli məktub Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Borclu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu və ya yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Tələbkarın şöbəyə təqdim etdiyi Borclu şəxsiyyət vəsiqəsinin surəti əsasında borclu barəsində axtarış qərarı tərtib olunaraq icra olunması üçün Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cii il tarixli məktubla Borclu Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daima yaşaması ilə bağlı qeydiyyata alındığı ünvan barəsində rəsmi məlumat olmadığından axtarış qərarı icra olunmadan Xətai rayon icra şöbəsinə geri qaytarılmışdır.” Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən İcra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Kəmalə Həsənovanın 15 mart 2024-cü il tarixli, 2(103)-5511/2023-005 saylı qərarı qanunsuz və əsassız olduğundan aşağıda göstərilənlərə əsasən ləğv olunmalı və icra sənədi icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC cavabdehlər X3, Borclu qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC şirkətinə vurulmuş maddi ziyana görə 2880 manat, 17 gün nəqliyyat vasitəsi boş durduğu üçün 255 manat, iddiaçıya vurulmuş mənəvi ziyana görə 1000 manat və iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 4195 manat pul vəsaitini cavabdehlər X3 və onun həyat yoldaşı Borclu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 144/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2460 manat məbləğində maddi zərər, 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2520 manat məbləğində pul vəsaitinin Borclu alınaraq "xxxx" FMK MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Borclu arasında 07 iyul 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış və məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 144/2023 saylı qətnaməsindən cavabdeh X3 apellyasiya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2023cü il tarixli, 2(103)-5511/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023- cü il tarixli, 2(011)-144/2023 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilərək məbləğ 1940 manat müəyyən edilmişdir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Bundan sonra qeyd olunan qətnamədə göstərilən 1940 manat məbləğində maddi zərər, 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2000 manat məbləğdə pul vəsaiti Borclu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5511/2023 saylı icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Xətai Rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi əsasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 21 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icraata başlanılmışdır. Qeyd olunduğu kimi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başladığı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023-005 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən 15 mart 2024-cü il tarixli qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Hazırkı şikayətə baxılması ilə əlaqədar icra işi məhkəməyə təqdim edilmişdir. İcra işində olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 1940 manat məbləğində maddi zərər, 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2000 manat məbləğdə pul vəsaiti Borclu alınaraq "xxxx" FMK MMC-nin xeyrinə ödənilməlidir, 50 manat məbləğində ekspertiza tədqiqatın dəyəri cavabdeh Borclu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsininə ödənilməlidir. İcra işində olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra işində olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu ünvanı ünvan 2də olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Prosesslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Borclu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu və yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İcra işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1983-cü il təvəllüdlü Borclu barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. İcra işində olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşaması ilə bağlı qeydiyyata alındığı ünvan barədə rəsmi məlumatlar olmadığından barəsində axtarış işi açılmadan qərar geri qaytarılmışdır. İcra işində olan icra məmuru Kəmalə Həsənova, böyük icra məmuru X4, hal şahidləri X5 və X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli borclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Borclu ünvan 3 ünvanda yaşaması müəyyən edilməmişdir. İcra işində olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, icra məmuru tərəfindən 15.04.183-cü il təvəllüdlü Borclu ölkə hüdudlarına giriş-çıxışı barədə məlumatların təqdim edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilmişdir. İcra işində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xətai rayon İcra şöbəsinə Borclu dövlət sərhədindən hərəkəti ilə əlaqədar Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Penitensiar Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. İcra işində olan xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, icra sənədi “İcra haqqında” AR Qanunun 70.4-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərar ilə tələbkarın nümayəndəsi xx.xx.2024-cü il tarixində tanış olmuşdur. Məhkəmə şikayət ərizəsi ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətini əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu xarici ölkənin vətəndaşdır və icra məmuru tərəfindən onun yaşayış yerinin müəyyən edilməsi, həmçinin onun axtarılması ilə bağlı tədbirlər görülmüş, lakin borclunun yaşayış yeri müəyyən edilməmişdir. Belə olan halda isə icra sənədinin icrası da mümkün olmayacaqdır. Odur ki, şikayət əsassız olduğundan, rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar