Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-465/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Borclu iştirakı ilə, X1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏNETDİ: Ərizəçi övladının vəziyyətinin nəzərə alınaraq Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişilərərək xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, övladı autizm xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə daim müayinə və müalicə almalıdır. Buna görə də, onun aylıq xərci adi uşaqlardan dəfələrlə çoxdur. O, uşağın xərclərini təkbaşına qarşılamaq məcburiyyətindədir. O, alimentin məbəğinin indeksasiya edilməsini deyil, alimentin miqdarının atırılmasını tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların tələbkarın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tələbkar əslində borclu ilə birgə nikahlarından doğulmuş övladının xəstəliyi ilə əlaqədar olaraq onun artan xərclərinin qarşılanmasına borclunun da cəlb edilməsini tələb edir. Eləcə də, alimentin miqdarının indeksasiya edilməsini deyil, maddi vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Qərarın 8.4-2-ci bəndinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Həmin Qərarın 8.4-3-cü bəndində isə qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin alimentin indeksasiya edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməli, ərizəçiyə alimentin miqdarının artırılması və ya borclunun əlavə xərclərdə iştiraka cəlb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəçiyə alimentin atırılması, habelə digər valideynin uşağın digər xərclərində iştirakı ilə bağlı iddia icraatı qaydasında ayrıca iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-465/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-465/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver