Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-469/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Orxan İsrafilovun iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun hərəkətlərinin qarunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə o, borclu şəxs qismində icraata cəlb edilmişdir. İcra sənədinə əsasən onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli məhkəmə qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzil onun tərəfindən boşaldılmalı idi. xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən həmin mənzil onun tərəfindən Borclu təhvil verilib. Borclu həmin mənzilə dair 2006-cı il tarixli alqı-satqı müqaviləsi var. Qeyd etmişdir ki, təhvil təslim aktına əsasən cavabdeh X9 ilə onun arasında razılaşma əldə edilmişdir və həmin razılaşmaya əsasən sonuncunun sözügedən mənzilə çəkdiyi təmir xərcləri 30000 manat miqdarında müəyyən edilmişdir. Həmin məbləğin 5000 manat Borclu tərəfindən ona ödənilmişdir və qalan məbləğ bir il müddətinə ödənilməsi barədə razılıq əldə edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında qərara əsasən Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən icra şöbəsinə dəvət edilmişdir və izahatı alınıb. İzahatında qeyd etmişdir ki, həmin mənzil onun istifadə və sahibliyində deyil, bu səbəbdən məhkəmə qətnaməsinin icra edilməsi mümkün deyil. Belə ki, icra vərəqi təsdiq edilib icraata başlamaq haqqında qərar qəbul edilməmişdən qabaq, yəni xx.xx.2024-cü il tarixdə o, artıq həmin mənzili alqı-satqı müqaviləsi üzrə sahibi X8 təhvil vermişdir. Həmçinin izahatından əlavə poçt vasitəsi ilə Xətai rayon İcra şöbəsinə müraciət etmişdir və barəsində qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin buna baxmayarq icra məmuru hesab edir ki, onun hərəkətlərində məhkəmə qətnaməsini qəsdən icra etməmək niyyəti var və onun barəsində məcburi icra tədbirlərinə davam edir. Bildirmişdir ki, hazırda mübahisəli mənzil onun istifadəsində və sahibliyində olmadığından icra məmurunun tələbinin yerinə yetirməyi mümkün deyil. Lakin buna baxmayaraq barəsində məcburi icra tədbirləri davam etdirilməkdədir. Belə olan halda hesab edir ki Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli xx.xx.2024cü il tarixli icra sənədi üzrə şikayətin əsassız olduğudan təmin edilməməsini xahiş etmişdir. İcra Məmuru qeyd etmişdir ki, şikayət məhkəmə qərarının icrasına süni maneə yaratmaq məqsədi daşımışdır. Mənzil tam boşaldılıb və tələbkara təqdim edilmişdir. Borclu barəsində inzibati protokol tərtib olunmuş daha sonra xitam olunmuşdur. Tələbkar və borclu (şikayətçi) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsalar da, onlar, məhkəmədə iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. e32639/2025-1-46-004 nömrəli İcra İşindən görünür ki: - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. - xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, X5 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə izahat vermişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, mənzilin təhvili (xx.xx.2024) icraata başlamaq haqqında qərardan (xx.xx.2025) əvvəl baş verdiyi üçün hazırda həmin mənzilin X2 istifadə və sahibliyində olmadığı üçün 2(103)-35/2024-057 nömrəli icra sənədinin onun tərəfindən icra edilməsi mümkün deyil. - xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan X2 məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, e32639/2025-1-46-002 saylı xəbərdarlıq Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən X4 göndərilmişdir. - xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 70-ci mənzildə görülmüşdür. - xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən X2 məhkəmə qərarının icrası ilə bağlı müraciətinə baxılmışdır. - X5 barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - xx.xx.2025-ci il tarixli, 17/74№32639/2 saylı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə işdə iştirak edən şəxslərə və maraqlı şəxslərə məlumat göndərilmişdir. - xx.xx.2025-ci il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.4 kv.m olan bir otaqlı mənzilin qapılarının məcburi qaydada açılması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli aktdan və ona əlavə olunmuş qeyddən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzil boşaldılmışdır lakin mənzildə Borclu icra vərəqəsi üzrə borclu olmadığından qalmağa və istifadəyə davam etmişdir. - xx.xx.2025-ci il tarixli X6 tərəfindən ünvanlanan ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 70-ci mənzildən Mustafayeva Sevinc və digərləri çıxardılaraq, mənzil boşaldılaraq ona təhvil verilmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayət rədd edilməlidir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən borcluya xəbərdarlıq ünvanlanmış, daha sonra izahatı alınmaqla icra sənədini icra etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilməklə məhkəməyə göndərilmiş, bundan sonra ev boşaldılaraq və ünvanda yaşayan şəxslər çıxardılaraq tələbkara təhvil verilmişdir. İcra məmuru Orxan İsrafilovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu X2 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-469/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-469/2025
16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver