Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-471/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə müraciət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-932/2024 saylı mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Qətnamə ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında (yerləşən yaşayış binasında yerləşən X7 mülkiyyətində olan sahəsi 117.2 kv.metr olan 4 otaqlı mənzil X7 payına uyğun olaraq qət edilmişdir. İş hazırda icraya Xətai rayon icra şöbəsinə göndərilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-931/2024 saylı qətnaməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-929/2024 saylı qətnaməsi və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1348/2024 saylı qətnaməsi də icraya Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Xətai rayon İcra Şöbəsi tərəfindən isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilən zaman idarənin əməkdaşları tərəfindən hüquqi şəxsin üzərinə onun fəaliyyəti ilə bağlı hər hansı öhdəliyin qoyulmaması səbəbindən icra sənədinin tezliklə geri qaytarılacağı bildirilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu ilə icrasız geri qaytarılmışdır. Həmin qətnamələr üzrə tərəflər — X12, X4 və X13 — Xətai Rayon Məhkəməsinə qətnamələrə izah verilməsi barədə ərizə ilə müraciət etmiş və bu müraciətlər təmin olunmuşdur. Xətai Rayon Məhkəməsinin 8(011)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011 )-931/2024 saylı qətnaməsinə - AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ******* saylı **********41-10301 reyestrli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzilin xüsusi mülkiyyət hüququ üzrə X8 məxsus 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 61.0 kv.m olan 3 otaqlı hissəsinin ayrılaraq X8 ayrıca çıxarış verilməsi başa düşülməsinə dair izah verilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-96/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1348/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə - Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən X6 mülkiyyətində olan sahəsi 56.4 kv.metr olan 2 otaqlı mənzilin paylı mülkiyyət hüququ üzrə X9 məxsus hissəsinin ayrılaraq X9 daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi” kimi izah verilmişdir. Qeyd olunan hallardan göründüyü kimi, analoji hüquqi vəziyyətlər üzrə izahların verilməsi icra prosesinin təmin olunması üçün zəruri olmuşdur. Bu baxımdan xx.xx.2024- cü il tarixli 2(011)-932/2024 saylı qətnamə də eyni hüquqi maneə ilə qarşılaşacaq və icrasız geri qaytarılacaqdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 1.398 kv.metr olan, 0.02 ha torpaq sahəsində yerləşən binanın 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 117,2 kv.metr olan 4 otaq iddiaçı X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, həmin binanın müxtəlif mərtəbələrində yerləşən sahələrə dair cavabdehlərin də mülkiyyət hüququ tanınmışdır. İddiaçı hazırda həmin binada ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sözügedən binanın mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada bölgüsünün mümkün olubolmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti- texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 09 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar qovşağı və s) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca qiriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan X7 payına düşən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında olan 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1398 kv. metrlik 4 mərtəbədən ibarət yaşayış binasının 3-cü mərtəbəsində 4 otaq olmaqla ümumi sahəsi 117.2 kv. metr olan iddiaçı X11 məxsus mənzilinin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon 2(011)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən X10 mülkiyyətində olan sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon 2(011)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, X7 payının naturada ayrılması eyni zamanda, şəxsin adına həmin mənzilə dair tam mülkiyyət hüququnun qeydiyyata alınmasını ehtiva etdiyindən qətnamədə mənzilin naturada ayrılması nəzərdə tutulan hissəyə əsasən ərizəçinin adına həmin mənzilə dair tam mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı izah verilməlidir. Əks təqdirdə onun payının naturada ayrılmış hissəsinə uyğun mülkiyyət sənədlərini ala bilməməsi ərizəçinin öz mülkiyyətində olan əmlaka dair müstəqil olaraq sərəncam verilməsi hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Odur ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından Bakı şəhəri Xətai Rayon 2(011)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin nəticə hissəsinin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yaşayış binasında yerləşən X10 mülkiyyətində olan sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi X7 ünvan 1 ünvanda yerləşən yaşayış binasında sahəsi 117.2 kv.metr olan 4 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını və ayrıca çıxarış verilməsini əhatə etdiyinə dair izah edilməlidir Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon 2(011)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin nəticə hissəsinin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yaşayış binasında yerləşən X10 mülkiyyətində olan sahəsi 117,2 kv.metr olan 4 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi X7 ünvan 1 ünvanda yerləşən yaşayış binasında sahəsi 117.2 kv.metr olan 4 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını və ayrıca çıxarış verilməsini əhatə etdiyinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-471/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-471/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver