Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-472/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6454/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi üzrə X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 6454/2024 saylı qətnaməsi çıxarılmışdır. Maddi vəziyyətinin aşağı olması, səhhətilə bağlı müalicə aldığı, kirayə yaşadığı üçün qətnamə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəmək imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, borclu ödəməli olduğu borcun 30-70 manat olmaqla, hissəhissə ödəməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X6 ərizəyə etiraz edərək, izahatında bildirmişdir ki, əldə etdikləri məlumata əsasən, X2 "xxxx" ASC-də işləyir və Xətai rayon İcra şöbəsinin "xxxx" ASC-yə göndərdiyi 86543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamı ilə tələbin borclunun əmək haqqının 50 %-nə yönəldilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, borclunun əmək haqqından tutma hələ də yoxdur. Belə görünür ki, borclu hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə, bunun qarşısını almışdır. Borclu qətnamənin icra üsulunu faktiki olaraq artıq özü “dəyişdirmişdir”. Belə ki, həmin kredit üzrə xx.xx.2024-cü il tarixli, 5414ovAHM/24 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışda görünür ki, qətnamə çıxdığı tarixdən borclu son ödəniş tarixi xx.xx.2025-ci il olmaqla, az məbləğdə bir neçə ödənişlər etmişdir, halbuki qətnamədə ödənişin bir dəfəyə ödənilməsi nəzərdə tutulmuşdur. Əgər hazırkı işdə ərizəçinin müraciəti təmin edilərsə və bu hal məhkəmə tərəfindən rəsmiləşdirilərsə, ödənişlər daha da gecikəcək və ya ümumiyyətlə kəsiləcəkdir. Bu səbəbdən icra üsulunun dəyişdirilməsi üçün üzrlü səbəb yoxdur. Nümayəndə qeyd olunanlara əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan tələb hüququnun satılması haqqında 01/22 UB seriyalı, 18 iyul 2022-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə 30 nömrəli 27 dekabr 2024-cü il tarixli əlavədən görünür ki, yeni tələbkar "xxxx" ASC X7 məxsus 973,63 manat borc qalığına dair irəli sürə biləcəyi tələb üzrə bütün hüquqlarını yeni Tələbkar ASC-yə satmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6454/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X7 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X4 12 aprel 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə 873,85 manat pul vəsaiti (overdraft) və 101,4 manat cərimə borcu olmaqla, cəmi 975,25 manat pul vəsaitinin və 30 (iyirmi) manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Tələbkar ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, X8 16 yanvar 2025-ci il tarixdə 70 manat, 19 fevral 2025-ci il tarixdə 30 manat, 18 mart 2025-ci il tarixdə 30 manat, 16 aprel 2025-ci il tarixdə 30 manat və 22 may 2025-ci il tarixdə 30 manat olmaqla, 973,60 manat borcdan ümumilikdə 190 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, həmçinin tələbkarın hissə-hissə ödənişlə bağlı razılığı məhkəməyə daxil olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-472/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-472/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver