Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-473/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5545/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan 705876,45 Rusiya Federasiyası rublu ödəniş gününə olan məzənnə ilə manatla pul vəsaitinin ödənilməsi ilə bağlı qətnamənin icrasına 1 il möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(011)5545/2020 saylı qətnaməsi üzrə iddiaçı X4 İdarəsi Dağıstan Gömrüyünün ona qarşı gömrük ödənişləri olaraq, 674119,80 Rusiya Federasiyası rublu, dəbbə pulu olaraq 31756,65 Rusiya Federasiyası rublu, cəmi 705876,45 Rusiya Federasiyası rublu tələbinə dair işə baxılmış, iddia tələbi təmi edilərək, ondan gömrük ödənişləri olaraq, 674119,80 Rusiya Federasiyası rublu, dəbbə pulu olaraq 31756,65 Rusiya Federasiyası rublu, cəmi 705876,45 Rusiya Federasiyası rublu (ödəniş gününə olan məzənnə üzrə manatla) məbləğində pul Federal Gömrük Xidməti X4 İdarəsi Dağıstan Gömrüyünün xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. O, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(077)5545/2020 saylı qətnaməsindən narazı qalaraq, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsində işə baxılmış, apellyasiya şikayətim təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(077)5545/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsindədir. O, Rusiya Federasiyasının Dağıstan Respublikasına alış-vrişə getmək məqsədi ilə dostundan xahiş etmişdir ki, ona etibarnamə versin ki, onun avtomobili ilə Dağıstana getsin. O da, borcluya etiraz etməyərək mülkiyyətində olan «X6» ** NC *** qeydiyyat nömrəli avtomobilinə dair ona etibarnamə vermişdir. O, xx.xx.2018-ci il tarxdə Rusiya Federasiyasının Dağıstan Respublikasına getmiş, orada Məhəmməkənd yaxınlığında yerləşən Oteldə yorğun olduğundan otaq götürərək dincəlmək qərarına gəlmişdir. «X6» ** NC *** qeydiyyat nömrəli avtomobili də otelin həyətində saxlamışdır. Bir neçə saat dincəldikdən ayağa durub alış-veriş etməyə getmək istəmiş, oteldən çıxarkən dostunun mülkiyyətində olan avtomobilin otelin həyətində olmadığını görmüşdür. O, oteldə işləyən şəxslərdən avtomobilin oğurlanıldığını dedikdə, onlar bildirmişlər ki, avtomobilin bundan sonra axtarılmasının mənası belə yoxdur. Çünki son vaxtlar dəfələrlə avtomobillər oğurlanılıb və onun tapılmasının heç bir mənası yoxur, əgər polis çağırsa, özünə problem yaradacaq. Bundan başqa, yerli sakinlər tərəfindən ona məsləhət görülmüşdür ki, əgər problemin genişlənməsini istəmirsə, təcili buranı tərk etsin. O, xarici ölkədə tək olduğundan və orada kimisə güvəni olmadığı üçün məcbur olmuş elə həmin gün axşam Dağıstanı tərk etmişdir. Bu işin həlli üçün, o, çoxdan getmək istəmiş, lakin dünya üzrə yayılmış və hamıya məlum olan COVİD-19 xəstəliyi ilə bağlı ölkəni tərk edə bilməmişdir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında oğurlanmış «X6» ** NC *** qeydiyyat nömrəli avtomobili ilə bağlı işlərini görsün və oradan məktub gətirib icra şöbəsinə təqdim etsin. Yollar açılıbdır və bu yaxınlarda Rusiya Federasiyasının Dağıstan Respublikasına gedərək orada polisə şikayət verib avtomobilin həqiqətən oğranması barədə sənəd əldə edib, həmin sənədi Rusiya Federasiyasının Federal Gömrük Xidməti X4 İdarəsi Dağıstan Gömrüyünə təqdim edib oradan həmin puldan imtina edilməsi barədə sənədi gətirəcək. Bu işin araşdırılması və əməliyyat axtarış tədbirlərinin görülməsi ilə bağlı xeyli müddət çəkdiyindən, qətnaməsinin icra edilməsi üçün 1 (bir) il möhlət verilməsini istəyir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun, iş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. İş materiallarında olan 2(011)-5545/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, qətnamədə qeyd edilən borc 2014-cü ildə istehsal edilmiş «X6» markalı ** NC *** qeydiyyat nömrəli avtomobilin müvəqqəti idxalı müddətinin pozulması ilə əlaqədar yaranmışdır. Belə ki, Nəqliyyat vasitəsi müəyyən edilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixdə X3 gömrük ərazisindən çıxarılmadığından qeyd edilən gömrük borcu yaranmışdır. Borclu ərizəsində qeyd etmişdir ki, avtomobilin qeyd edilən müddətdə çıxarılmamasının səbəbi Rusiya Federasiyasının Dağıstan Respublikasında avtomobilin oğurlanması olmuşdur. Bu faktla əlaqədar olaraq Rusiya Federasiyasının Dağıstan Respublikasına gedərək səlahiyyətli orqandan həmin avtomobilin həqiqətən oğurlanması ilə bağlı rəsmi sənəd əldə etməsi zəruri olduğundan və qeyd edilən hal qətnamənin icrası ilə birbaşa əlaqəli oduğundan məhkəmə hesab edir ki, qeyd edilən hal məhkəmə tərəfindən müstəsna vəziyyət kimi qiymətləndirilir. Lakin məhkəmə hesab edir ki, qətnamənin icrasına 1 il müddətində möhlət verilməsi məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirərək, məhkəmə qətnaməsinin icrası mahiyyətindən kənara çıxır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, borclunun ərizədə göstərdiyi məsələlərin həlli ilə bağlı qətnamənin icrasına şərait yaradılmalı və borcluya 6 ay müddətində möhlət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-5545/2020 saylı qətnaməsinin icrasına 6 ay müddətində, yəni 10 dekabr 2022-ci il tarixədək möhlət verilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-473/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-473/2022
10.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver