Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-481/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Borclu Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova məhkəməyə təqdimatla müraciət edərək, borclu Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5235/2021-006 saylı, 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu 3.436,50 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 24 manat alınaraq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi 08 fevral 2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Hazırda icra sənədi üzrə borc 3.460,50 manat təşkil edir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi təqdimatı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-5235/2021 saylı, 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu ümumilikdə 3.436,50 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 24 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Xətai rayon İcra şöbəsinə rəsmi qaydada dəvət edilsə də, o, icra məmurunun çağırışları üzrə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarlarının icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, həmçinin Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyindən, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borcluya bildiriş göndərilmiş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, lakin borclu yenə də icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5235/2021 saylı, 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən borclu-xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-481/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-481/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver